27.06.2018 [10:52] - Xəbərlər, Türk dünyası-Turan
Strateji əhəmiyyətə və gözəl təbiətə malik olan Krım (Krım) əsrlər boyu əldən-ələ keçmiş, çoxlarının iştahını açmışdı. Burada yaşayan xalqlar haqqında fərqli fikirlər səslənir.
Krımda yaşayan türklərin tarixin müxtəlif dövrlərində Qara dənizin şimal sahillərindən, Azovətrafının boz çöllərindən gəldikləri söylənilir. Onların arasında kimmerlərin də olması hələ eramızdan əvvəl bu yerlərdə türklərin yaşamasını bir daha sübut edir. M.Ö. VI əsrdə burada qədim yunanların gəmiləri peyda olur. M.Ö. II əsrdə skiflər Kerkinitidi tuturlar... M.S. IV əsrdə Kitkinitid hunlar tərəfindən ələ keçirilir. Sonralar Krımın böyük bir hissəsi Xəzər xaqanlığına daxil olur. XIII əsrdə tatarlar buraya gələnə qədər peçeneqlər, qıpçaqlar, xəzərlər burada at oynadırlar. Yarımada Qızıl Ordanın ulusu olur. Qızıl Orda dağılanda, 1443-cü ildə Hacı Girey Xan tərəfindən burada xanlıq yaranır, paytaxtı da Solxat (Əski Krım) şəhəri olur. Krım dağları, Qara dənizin ətraf çölləri, Taman yarımadası və Qafqazın bir hissəsi bu xanlığa daxil idi. XV əsrdə Krım xanlığı Osmanlı sultanlığının vassalına çevrilir. Osmanlılar tatarlarla birgə Solxatın yerində Gözləv qalasını tikirlər (bu gün orada yaşayan ruslar ona “Kozlov” deyirlər). 1774-cü ildə Kiçik Kaynarca anlaşması ilə Krım müstəqil olsa da, tezliklə, yəni 8 aprel 1783-cü ildə Çar Rusiyası tərəfindən işğala məruz qalır. Elə bu vaxtdan da Krım tatarlarına qarşı əsl soyqırım siyasəti başladılır. Yekaterinadan üzü bu yana şəhər və kəndlərin adları dəyişdirilərək Gözləv şəhəri Yevpatoriya, Kaf isə Feodosiya adlandırılır. Dalnıy (Kamışlık), Krasnokamensk (Kızıltaş), Bitumnoye (Kara Kiyat), Kolxoznoye (Uzunçu), Piroqovka (Acıköy), Verxnesadovoye (Dumanköy), İsxodnoye (İngizlər) və bu kimi yabançı adların verilməsi həm də bir xalqın yaşadığı ərazidəki qədim izlərinin silinməsinə xidmət edir...
II Yekaterina Krımın gözəl torpaqlarını rus aristokratları Mordvinlərə, Qolitsınlara, Pototskilərə, Vorontsovlara və b. Paylayır, əhali ən ağır qaçqın-köçkün həyatı yaşayır. Bir çoxu Osmanlıya pənah aparır, Avropaya və digər yerlər köçənlər də çox olur.
1854-1855-ci illərdə Yevpatoriyaya ingilis-fransız qoşunu girir, oradan Sevastopola gedir... Yəni Krımın tarixinə baxanda, istər-istəməz ağlımıza məşhur misralar gəlir: “kimlər gəldi, kimlər keçdi...” bu torpaqlardan?!..
9 dekabr 1917-ci ildə Krımtatar Milli Qurultayı toplanmışdı. Həmin ayın 26-da Krım Demokratik Respublikası yaradıldı. Lakin Stavropol (Akyar) donanması bu respublikanın ömrünə az bir vaxtda son qoydu.
1918-ci ildə isə bu yerlərə almanlar gəldilər... 1818-ci ilin mayında Krımtatar Milli Qurultayı yenidən toplanaraq Süleyman Sulkeviçin rəhbərliyi ilə Krım hökumətini qurdu. Tarixin bu keşməkeşli dönəmlərində Krım növbə ilə gah ağların, gah da qırmızıların əlinə keçir. Nəhayət, 18 oktyabr 1921-ci ildə bolşeviklər RSFSR-in tərkibində Krım Muxtar sovet Sosialist Respublikası elan etdilər, rus və krımtatar dilləri dövlət dilləri statusu aldı. 1928-ci ilədək ərəb əlifbasından istifadə edən krımtatarlar 1928-ci ildən 1938-ci ilədək latın, sonralar isə kiril əlifbası ilə yazıb oxuyublar. 1937-ci ildə repressiyaya məruz qalanlar arasında Vəli İbraimov, Bəkir Çobanzadə və başqaları da vardı.
1941-ci ilin noyabrından 12 may 1944-cü ilə qədər Krım almanların əlində olub. Alamanlar buradan çəkilib yerini sovet qoşunu alan kimi krımtatarların 1921-ci ildə yaradılan Krım MSSR, yəni Krım tatarlarının milli dövlətçiliyi yox edildi. Həmin il mayın 18-də Stalin, Beriya, Mikoyan, Mexlis və onların şovinist əhatəsinin Qafqaz və Krımın müsəlman xalqlarına, özəlliklə də türklərə qarşı apardıqları genosid, soyqırım siyasəti nəticəsində bütün xalq yük vaqonlarına doldurularaq Orta Asiya və Urala sürgün edildi. Krımda tanklarla yüzlərlə kənd, 700-dən çox cami yerlə bir edildi. Sürgünün ilk iki ayı içərisində xalqın 46,2%-i aclıq, xəstəlik və istidən həlak oldu.
Krım MSSR-in yerində RSFSR-in krımtatarlarsız Krım Vilayəti yaradıldı. O da 1954-cü ildə USSR-a daxil olundu. 5 sentyabr 1967-ci ildə krımtatarlar bəraət alsalar da, xalqın böyük hissəsi Vətənə dönə bilmirdi. 1987-ci ildə xalq 1921-ci ildəki Krım MSSR statusunun qaytarılmasını tələb etdi. Bu illərdə Mustafa Cəmiloğlu Krımlınin fəaliyyəti, bu günlərdə olduğu kimi, geniş vüsət aldı. 1987-ci ildə Moskvadakı Qızıl Meydanda krımtatarların böyük mitinqləri oldu, milli hərəkat genişləndi, ermənilərə, ruslara və yəhudilərə paylanan Krımın türklərə qaytarılması tələbi qoyuldu...
1989-cu ildə “Krımskaya pravda” qəzetinin nəzdində krımtatar xalqının sürgündən sonra ana dilində ilk qəzeti – “Dostluq” qəzeti yaradıldı. Sonralar müstəqil fəaliyyət göstərən qəzet əvvəllər həftədə bir dəfə çıxsa da, sonralar 2-3 dəfə oxucularını sevindirirdi. Orada xalqın dəhşətli faciəsini əks etdirən yazılar verilirdi. Qəzetin baş redaktoru, mənim də yaxın dostum olan Şefket Ramazanov (1942-2011) idi (yolladığı fotoşəkillər, qəzetlər, məktublar, digər materiallar bu gün də arxivimdə qalır). “Dostluk” qəzeti sonralar bir müddət “Dostluk-Krım” və, nəhayət, “Krım” adı ilə nəşr olunmağa başladı. Krımtatarların 1991-ci ildə keçirilən II qurultayında milli özünüidarə sistemi yaradıldı. Hər beş ildən bir qurultaya Milli Parlamentə seçkilər olurdu. İcra orqanı olan Məclisin sədri Mustafa Cəmiloğlu idi.
Qeyd etdiyimiz kimi, krımtatarlar sürgün olunandan sonra digər xalqlar onların yurd-yuvalarına sahib çıxdılar. Çar Rusiyası və onun davamçısı SSRİ o torpaqlarda rusları və digər özünə yaralı xaqları yerləşdirməklə sanki bu günlərə hazırlıq görürdü. İndi bir çox “siyasətçilər” Krımın iki minillikləri aşan tarixinə göz yumaraq onun son iki yüz ilindən, yəni Rusiya tərəfindən işğal olunduğu vaxtdan üzü bu yana baş verən olaylardan danışaraq Krımın Rusiyaya qatılması hadisəsinə haqq qazandırmağa çalışırlar.
1991-ci ilin oktyabr ayının 23-də Krım Muxtar Cumhuriyyəti Ali Sovetinin sessiyasında çıxış edən Ukrayna prezidenti L.Kravçuk Krımı Ukraynadan ayırıb Rusiyaya birləşdirməyə can atan partiya, qurum və cəmiyyətlərin qanunsuz iş tutduqlarını və sərhədlərin dəyişdirilməmədi haqqında Ukrayna və Rusiya arasında imzalanan müqavilənin olduğunu qeyd etmiş və demişdi ki, Ukrayna və Krım arasında 90% iqtisadi əlaqələr var. Əgər bu əlaqələr üzülərsə, Krımda iqtisadi vəziyyət ağırlaşacaq. Həmin sessiyada referendum keçirilməsi təklifini deputatların əksəriyyəti rədd etdi və, beləliklə də, Krımın Ukraynada qalacağı və ya Rusiyaya keçəcəyi sualı yarımçıq qaldı. Ukrayna dövləti krımtatarlara bacardığı yardsımı etməyə hazır idi, çünki içəridə separatçı qüvvələr artaraq yerli ziyalıları ayağa qaldırmaq istəyirdilər. 14 aprel 1994-cü ildə Ukrayna hökuməti krımtatarların sürgün günü olan 18 may tarixini rəsmi matəm günü elan etdi. Lakin Daxildəki və xaricdəki qüvvələr krımtatar xalqının öz müqəddəratını həll etməsinə mane olurdu. Məsələn, Simferopol Dövlət Universitetinin professoru V.Sadatovski “Krımskaya pravda” qəzetində özünün “Krımın taleyi bizim əlimizdədir” başlıqlı məqaləsində yazırdı: “Krımda yerli millət yoxdur və bu haqda söhbət belə ola bilməz. Krım heç bir vaxt Ukraynanın ayrılmaz hissəsi olmamışdır...” Y.Kərimov soyadlı bir müəllif “Elimizçe uyğun olmalı” (Simferopol, “Dostluk”, 2 oktyabr 1991, s. 2) məqaləsində onun bu fikrinə cavab verərərk yazır: “Doğrudur, siz gerçəkdən də həqiqəti söylədiniz. Lakin Krım eyni zamanda heç Rusiyanın da ayrılmaz hissəsi deyil!”
Gördüyümüz kimi, hələ 1991-ci ildən Krımın “siyasətçilərindən” olan Y.Meşkov, V.Lebedev və onların tərəfdarları 1954-cü ildə Krımın Ukraynaya keçməsi haqqındakı aktı referendum vasitəsilə ləğv edib, onun Rusiyaya keçməsini təmin etmək istəyirdilər. Məqsədlərinə çatmaq üçün hətta aclıq da elan etmişdilər. Bu barədə Şair Selim “Meydanda aclıq” (Simferopol, “Dostluq”, 1 noyabr 1991) məqaləsində yazırdı: “Cəmi-cümlətani 50 il burada yaşayan meşkovlar və onlara bənzər “siyasətçilər”... Krım şərabından içib keflənirdilər. İndi isə “adam” olub krımtatarsız Krımın taleyini “həll etmək”, Rusiya dışında yeni bir rus dövlətçiliyi yapıb Katerina dövrünü ya.atmaq istəyirlər. 1954-cü ildən bəri “Moya rodnaya Ukraina!” deyə yaltaqlanan bu “siyasətçilər” üçün yeni Ukraynanın müstəqillik haqqında Deklarasiyası və SSRİ referendumu haqqında SSRİ Qanununun dördüncü maddəsi də bir qəpiklikdir... ”
Qeyd etdiyimiz kimi, 1990-cı illərin əvvəllərindən Krımın Rusiyaya birləşdirilməsi cəhdləri və bu cəhdlərə qarşı çıxanlar vardı. Bu da o deməkdir ki, heç də hamı rusları 2014-cü ildə gül-çiçəklə qarşılamamışdı.
Və 1990-cı illərdə ara-sıra Rusiyaya birləşmə ilə bağlı fikirlər sayıqlamalar kimi görünsə də, XXI əsrin əvvəlləri gostərdi ki, bu sayıqlamalar elə-belədən deyilmiş. 2014-cü ildə Ukrayna ərazisindəki Krım Muxtar Respublikası və Sevastopol dairəsi Rusiya tərəfindən işğal olunaraq Krım Respublikası yaradıldı. Bu da krımtatar xalqının yeni bir mübarizəyə başlamasına səbəb oldu... Tək kırmtatarlarınmı? Krımın işğalı, təbii olaraq, Ukrayna ilə Rusiyanın münasibətlərinin daha da kəskinləşməsinə rəvac verdi...
Güllü Yoloğlu
türkoloq

Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |