Şrift:
Sahib Mustafayev: ”Millətimizin bütövləşmə əndişəsi İran rejimini çox narahat edir”- Müsahibə
05.07.2012 [15:26] - DAVAMın yazıları
Sahib Mustafayev: ”Millətimizin bütövləşmə əndişəsi İran rejimini çox narahat edir”- Müsahibə




- Sahib bəy, son günlər cərəyan edən İran rejiminin antiazərbaycan ideologiyasının mahiyyətində nələr durur?



- Azərbaycan Respublikasının istənilən müstəvidə inkişafı İran İslam Respublikasının (İİR) strateji maraqları çərçivəsinə daxil deyil. Çünki, Azərbaycan yenidən müstəqillik əldə edəndən üzü bu yana cənub qonşumuzun bizə qarşı açıq- aşkar sərgilədiyi siyasət dediyimizə əsas verir. Bunu bir çox görünən və görünməyən səbəbləri var. Vurğuladığm məqamlar yəqin ki, çoxlarımıza gün kimi aydındir. Lakin, bu səbəblərin ardıcıllıqla bir daha ipə- sapa düzülməsinin yəqin ki, İrandan başqa, heç kimə heç nəyə ziyanı olmaz.



- Yəni, fikirlərinizdən belə aydın olur ki, bu gün rejim tərəfindən Azərbaycana qarşı sistemli fəaliyyət aparılır?



- Bəli. İlk öncə tarixi- coğrafi nöqteyi- nəzərdən yanaşsaq, Azərbaycanın ərazisinin böyük bir hissəsi İranın ərazi-inzibati nəzarəti altındadır. 135 min kv. km. ərazidən könüllü surətdə imtina etmək istəməyən Molla hakimiyyəti üçün bu məsələ dövlətmizin sovet imperiyasının işğalı altında olduğu zaman gündəmdə olmamışdır. Bu sahədə hər cür vasitələrə əl atan İran milli rejimi 35 milyon azəri türklərinin "farslaşdırma" asimiliyasiyasindan "məharətlə" istifadə etmişlər. Uzun illər boyu öz doğma dilində məktəb, mətbuat səhifəsi, televiziyanın olmaması vurğuladığımız məqamı qeyd etməyə əsasdır. Bu gün ikiyə parçalanmış bir millətin haçansa bütövləşməsi əndişəsi cənub qonşumuzu çox narahat edir.



- Ermənistanın dəstəklənməsi və Dağlıq Qarabağ məsələsində rejimin düşmən tərəfindən yer alması, bu siyasətin məntiqi davamı hesab etmək olarmı?



- Təbii ki, İranın xarici siyasətində Ermənistanın xüsusi yeri var. O üzdən də ərazimizin 20 % - dən çoxunu işğal etmiş təcavüzkar Ermənistanla eyni mövqeydən çıxış edir, ona hər növ yardımlarını belə əsirgəmir. Hətta, rəsmi səviyyədə görüşlər zamanı sanki uzun illər həsrəti yaxın qohumlar qovuşur.

Beynəlxalq səviyyədə Azərbaycanın artan nüfuzunu qəbul etmək istəməyən İran İslam Respublikası ona hər cür böhtanlar atır. Cari ilin may ayında Bakıda keçirilən Avroviziya mahnı yarışmasını "cinsi azlıqların" paradı və ya nümayişi adlandıran İran mollaları əllərindən başqa heç nəyin gəlmədiyini açıq şəkildə büruzə verib qarayaxmalara keçdilər. Bəs prezident Əhmədinejadın Novruz bayramı şənliklərində Sarkisyanı yüksək səviyyədə ağırlamasına və çıxışı zamanı isə ona "qardaşım" deməsınə hansı cinslərinin genetik "məhsulu" kimi baxmaq olar, əcaba?

Azərbaycanda sivil və dünyavi hakimiyyət varlığı hakimiyyətlərini sivillərə sivil formada təhvil vermək istəməyən molların qəbul etmədiklərindəndir. Sülhü, dostluğu, qardaşlığı tərənnüm edən İslam dinini qeyri - müsəlmanlara yaxşı mənada təbliğ etmək əvəzinə, məncə, ona qarşı "savadsızılq" kimi mənfi fikir formalaşdırırlar. Yuxarıda qeyd olunan əyani sübutdur.

Əzəli və əbədi düşmənimiz Ermənistanı qaz və neftlə təmin edən üllamə hökuməti İran bu sahədə sürətlə inkişaf edən Azərbaycanın onların maraqları çərçivəsinə daxil olmamasını aydınca görmək mümkündür. Belə ki, Azərbaycan qazının Türkiyəyə, davamında da Avropaya axıdılmasını nəzərdə tutan Azərbaycanla qardaş ölkə arasınada bağlanmış və xərc dəyəri 7 milyard dollar təşkil edən müqavilənin imzalanması cənub qonşumuzu cox narahat edir. Hər min kubmetr qazı 423 dollara İrandan satın alan Türkiyə seçiminin 282 dollardan Azərbaycan qazından yana etdi. Məhz NABUCCO lahiyəsinin gerçəkləşməməsi üçün Rusiya və İranın eyni mövqeydən çıxışı hamıya məlumdur. Ona görə də Rusiya Avropaya Ukrayina və Belorusiyadan yan keçən " Şimal" və " Cənub" xətlərini təklif etmişdir.

Sadaladıqlarımızdan başqa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməsində İranın açıq-aşkar Ermənistan mövqeyindən çıxış etməsi qəribə deyilmi? Quru sözlə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə molla hakimiyyəti özlərinin bizə qarşı din qardaşlığını vurğuladığımız məqamlarlamı sübut edir?

Fikrimcə, "sonuncu duraq" olan Suriyada Bəşər Əsəd rejmnin devrilməsindən sonra İranı nələrin gözlədiyini onların özləri bizdən daha yaxşı bilir.

Söhbətləşdi: Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed