30.06.2018 [10:52] - Xəbərlər, DAVAMın yazıları
Davam.az akademik Ziya Bünyadovun repressiya qurbanı Hüseynəli Süleyman oğlu Biləndərli ilə bağlı olan yazısını təqdim edir. Yazı istintaq materialları əsasında hazırlanıb:
İstintaq işi № 12493
1937-ci il yanvann 26-da 12493 nömrəli iş üzrə ittiham olunan müttəhimlərdən B.N.Tixomirovun (“ADU-nun müəllimi Hüseynəli Biləndərlini əksinqilabi trotskiçi təşkilata mən cəlb etmişəm”), Rzaqulu Məmmədovun (“Hüseynəli Biləndərli hələ 1927-ci ildən əksinqilabi trotskiçi mövqedə dururdu. O, gizli əksinqilabçı trotskiçidir”) və şahid Mirzə Cabbar Məmmədovun (“1929-1932-ci illər ərzində Hüseynəli Biləndərli məni əksinqilabi millətçi istiqamətində hazırlamışdır. Bu zaman o deyirdi ki, Bakıda Sovet hökumətini devirmək vəzifəsini qarşısına qoyan əksinqilabi təşkilat fəaliyyət göstərir”) verdikləri ifadələr əsasında 1905-ci ildə - Qazax rayonunun Qıraq-Kəsəmənli kəndində anadan olmuş tarixçi, Partiya Tarixi İnstitutunun baş elmi işçisi, ADU-nun tarix müəllimi Hüseynəli Süleyman oğlu Biləndərli həbs edilmiş və Azərbaycan SSR CM-nin 72/73-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilmişdir. 1937-ci il yanvann 31- də Hüseynəli Biləndərli “əksinqilabi trotskiçi, müsavatçı və xalq düşməni kimi ÜİK(b)P sıralarından xaric edilmişdir.
H.Biləndərli barəsində həbs tədbirinin müddəti iki dəfə uzadılmış və 12493 nömrəli iş üzrə ittiham olunan digər müttəhimlərdən daha çox dindirilmişdir (22 dəfə). Onun işi üzrə aparılan istintaqda o qədər çox ad və familiya çəkilmiş, yeni “faktlar” və hadisələr baxımından müstəntiq üçün o qədər “uğurlu” olmuşdur ki, müstəntiq Şer (sonradan özü də xalq düşməni kimi həbs olunmuşdur) 01.07.1937-ci il tarixdə qərar çıxarmışdır: “H.Biləndərlinin ittihamı üzrə bütün istintaq materiallarını 12493 nömrəli qruplaşdırılmış xüsusi işdən 13829 nömrəli müstəqil iş kimi ayırmaq olar”.
28 yanvar 1937-ci il, birinci istintaq.
Müstəntiq: “İstintaqa məlumdur ki, siz əksinqilabi trotskiçi təşkilatın üzüsünüz. Əksinqilabi işdə iştirakınız haqqında danışmağınızı tövsiyə edirik”.
Cavab: “Mən heç bir əksinqilabi işdə iştirak etməmişəm və əksinqilabçı trotskiçilərlə həmrəy olmamışam”.
Müstəntiq: Siz istintaqa müqavimət xəttində durursunuz, bir daha xatırladırıq ki, istintaqın sizin əksinqilabi fəaliyyətiniz haqqında kifayət qədər məlumatı vardır. Səmimi və ətraflı ifadə verməyinizi təklif edirik”.
Cavab: “Təkrar edirəm ki, mən heç vaxt əksinqilabi fəaliyyətdə iştirak etməmişəm və əksinqilabçılarla həmrəy olmamışam”.
Müstəntiq: “Əksinqilabçı trotskiçilərdən şəxsən daha kimləri tanıyırsınız?”.
Cavab: “Mənim əmim Məmmədəli Biləndərzadə həbs olunmuşdur, lakin nə üçün həbs olunduğu mənə məlum deyil”.
Müstəntiq: “Trotskiçilərdən kimlərlə siz əksinqilabi trotskist xarakterli söhbətlər aparmısınız?”.
Cavab: “Mənim heç kəslə əksinqilabi trotskist xarakterli söhbətlərim olmayıb”.
Müstəntiq: “Bu düz deyil. İstintaqa məlumdur ki, trotskiçilərlə sizin əksinqilabi trotskist xarakterli söhbətləriniz olub. İstintaqa onlar haqqında danışmağı təklif edirib).
Cavab: “Deyilənləri rədd edirəm və öz ifadəmin üstündə dururam”.
Müstəntiq: “Siz istintaqa səmimi cavablar vermirsiniz və əksinqilabi işinizi, sizə məlum olan trotskiçilərin əksinqilabi fəaliyyətini gizlətmək məqsədilə istintaqa müqavimət göstərirsiniz. İstintaq bir daha xatırladır ki, sizin əksinqilabi fəaliyyətdə iştirakınız haqqında onun məlumatı vardır. Buna görə də hər şeyi açıqca boynunuza almağı təkid edir”.
Oxucu əmin ola bilər ki, 12493 nömrəli istintaq işini aparan müstəntiqlərin ilk dindirmədən başlayaraq müttəhimləri çaşdıran standart suallar yığını var idi. Sonra onlar müttəhimi tək otaqda saxlayır, bir neçə gün onu narahat etməyərək öz fikirləri üə yalqız qoyurdular.
4 fevral 1937-ci il, ikinci istintaq.
Müstəntiq: “Sizə məlum olan əksinqilabi trotskiçilərdən kimləri xatırlayırsınız?”.
Cavab: “Qəzetdə oxuduğum professor Tixomirovdan başqa əksinqilabi trotskiçilərdən daha heç kəsi tanımıram”.
Müstəntiq: “Trotskizmə ilk dəfə nə vaxt qoşulmusunuz?”.
Cavab: “Mən heç. vaxt əksinqilabi trotskiçi görüşlərə qoşulmamışam və qoşulmuram”.
Müstəntiq: “Bəs əksinqilabi millətçi mövqelərdə də heç vaxt durmamısınız?”.
Cavab: “Mən heç vaxt əksinqilabi millətçi mövqelərdə durmamışam”.
Müstəntiq: “Məmmədov Mirzə Cabbarı tanıyırsınızmı? Siz onun 22.11.1936-cı il tarixdə verdiyi ifadələrlə ifşa olunursunuz”.
Cavab: “Rədd edirəm. Məmmədov mənim haqqımda yalan ifadələr vermişdi.
Müstəntiq: “Siz tamamilə dolaşmısınız və boş-boş danışırsınız. Bu, necə olur - sizi əksinqilabçı kimi ifşa edirlər? Deyirsiniz ki, o, sizi bununla əksinqilabi millətçi təşkilata, cəlb edir?”
Cavab: “O, yalan ifadələrilə məni əksinqilabçı kimi təsvir etmək istəyir.
Müstəntiq: “İstintaq sizin əksinqilabi təşkilata məxsusluğunuz haqqında kifayət qədər məlumata malikdir, buna görə də müqaviməti dayandırmağı və düz danışmağı təklif edin).
Cavab: “Mən öz ifadələrimi təsdiq edirəm”.
Müstəntiq: “Rzaqulu Mövsümovu tanıyırsınızmı?”.
Cavab: “1927-ci ildən tanıyıram”.
Müstəntiq: “İstintaqa məlumdur ki, siz 1927-ci ildən fəal, ikiüzlü trotskiçisiniz”.
Cavab: “Xeyr, mən bunu boynuma almıram”.
Müstəntiq: (Mövsümovun 26.10.1936-cı il tarixdə verdiyi ifadəsini oxuyur.) “Siz trotskiçisiniz, bu zaman ÜİK(b)P-nin siyasətinə böhtan ataraq “sübut etmişsiniz” ki, trotskiçilər fəhlə sinfinin mənafeyini müdafiə edirlər. Siz indi də əksinqilabi trotskizmə məxsusluğunuzu rədd edəcəksiniz?”.
Cavab: “Bəli, mən bunu rədd edirəm. Heç vaxt əksinqilabi trotskiçi olmamışam və Mövsümovun ifadələri yalandır. Heç vaxt əksinqilabçı olmamışam və heç bir əksinqilabi təşkilata qoşulmamışam”.
14 fevral 1937-ci il, üçüncü istintaq.
Müstəntiq: “Əksinqilabi trotskiçi təşkilatın üzvü olduğunuzu etiraf edirsinizmi?”
Cavab: “Xeyr, mən bunu rədd edirəm. Heç vaxt əksinqilabi trotskiçi təşkilatın üzvü olmamışam və əksinqilabi trotskiçi görüşlərlə şərik deyiləm. (Biləndərli Rzaqulu Məmmədovla üzləşdirilərkən onun ünvanına deyilən bütün sözləri rədd etmişdir).
1937-ci il fevralın 19-da dördüncü istintaqda H.Biləndərli əksinqilabi təşkilata məxsusluğunu yenidən inkar edir. Mirzə Məmmədovla üzləşərkən o, Məmmədovun bütün ifadələrini tamamilə rədd edir. Sonra müstəntiq soruşur: “Bəs əksinqilabi trotskiçi İmaməli Axundovu tanıyırsınızmı?”.
Cavab: “İmaməli Axundovu xatırlamıram. O, mənə tanış deyil”.
Müstəntiq: “Axundovun 16.09.1936-cı il tarixdə yazdığı ifadəsindən görünür ki, siz 1927-ci ildə əksinqilabi trotskist platformanın oxunuşunda və əminiz Biləndərzadənin evində platformanın əksinqilabi mövqeyinin müzakirəsində fəal iştirak etmisiniz”.
Cavab: “Hər şeyi inkar edirəm. Xeyr!”.
20-21 fevral 1937-ci il, beşinci istintaq.
Müstəntiq: “Siz əksinqilabi fəaliyyətiniz haqqında səmimi ifadə vermək fıkrindəsinizmi?”.
Cavab: “Mənim ifadələrim səmimidir - əvvəl verdiyim ifadələri də təsdiq edirəm”.
Müstəntiq: “1927-ci ildən həbs olunan günədək fəal əksinqilabi trotskiçi olduğunuzu etiraf edirsinizmi?”.
Cavab: “İnkar edirəm!”
Müstəntiq: “Sizə Tixomirovun 19.12-1936-ci il tarixli ifadəsini oxuyuruq”.
Cavab: “Tixomirov mənim üçün şəksiz-şübhəsiz nüfuzlu bir adam idi, lakin onun ifadəsini mən inkar edirəm”.
1937-ci il fevralın 22-dən, altıncı istintaqdan başlayaraq H.Biləndərli daha “ürəyiaçıq və səmimi” oldu və istintaq müstəntiqlərin qurduğu xətlə getdi. Biləndərli göstərirdi: “Tixomirovla mənim əksinqilabi söhbətlərim olmayıb, lakin etiraf edirəm ki, Tixomirov kimi mən də elmi cəbhədə ÜİK(b)P xəttinə qiymət verilməsində əksinqilabi trotskiçi mövqelərdə dururdum. Rusiyada təhkimçilik hüququ barədə məsələ üzrə marksizm-leninizm müddəalarını təftiş etməyə təşəbbüs göstərirdim”.
25-26 fevral 1937-ci il, yeddinci istintaq.
Müstəntiq: “Sizə əksinqilabi trotskiçi fəaliyyətdə iştirakınız barədə ətraflı və düzgün ifadə vermək təklif edilir”.
Cavab: “Mənim əksinqilabi fəaliyyətdə heç bir iştirakım olmayıb”.
Müstəntiq: “Pantürkist əhvali-ruhiyyəli şəxslərdən kimləri tanıyırsınız?”.
Cavab: “Xuluflunu, Çobanzadəni, Qubaydullini”.
Müstəntiq: “Siz adları çəkilən şəxslər tərəfindən əksinqilabi ruhda hazırlanmısınızmı?”
Cavab: “Bəli, mən etiraf edirəm ki, Xuluflu və Tixomirov tərəfindən əksinqilabi istiqamətdə hazırlanmışam”.
27 fevral 1937-ci il, səkkizinci istintaq:
Müstəntiq: “Siz son dəqiqəyədək düşmənçi əksinqilabi mövqedə durursunuz və tərksilah edilmək istəmirsiniz. İstintaq xəbərdarlıq edir ki, sizin fəal əksinqilabi fəaliyyətinizi ifşa edən kifayət qədər məlumata malikdir. Buna görə də istintaq düzgün ifadələr verməyinizi təkid edir”.
Cavab: “Etiraf edirəm ki, bu günə qədər mən yalan ifadələrlə istintaqı yanlış yola aparmağa çalışırdım. Boynuma alıram ki, 1927-ci ildən əksinqilabi trotskiçiyəm, əmim Məmmədəli Biləndərzadə və İmaməli Axundov tərəfindən əksinqilabi ruhda hazırlanmışam, onlarla əksinqilabi trotskist söhbətlərdə iştirak etmişəm. 1928-ci ildə mən pedaqoq Mirzə Cabbar Məmmədov tərəfindən əksinqilabi millətçi-müsavatçı istiqamətdə hazırlanmışam. 1931-ci ildə partiya sıralarına daxil olmuşam, bununla belə əksinqilabi millətçi mövqeyimi saxlamaqda davam etmişəm”.
28 fevral 1937-ci il, doqquzuncu istintaq. H.Biləndərli M.C.Məmmodovla birlikdə özünü tamam “ifşa edir”. 1937-ci il martın 2-də onuncu istintaqda İmaməli Axundovu, 1937-ci il martın 3-də on birinci istintaqda Baba Əsgərovu, Tixomirovu, Eminbəylini “ifşa edir”.
Sağlam düşüncə nöqteyi-nəzərindən H.Biləndərlinin “ifşası” tamam primitiv xarakter daşıyır, lakin əvvəlcədən hazırlanmış qurğunun yerinə yetirilməsi baxımından istintaq üçün belə ifadələr düzü, göydəndüşmə idi. Lakin görün, o vaxt müttəhimin düşmən fəaliyyətinə ciddi sübut əvəzinə necə mənasız fikirlər əsas götürülürdü. 1937-ci il martın 4-də on ikinci istintaqda H.Biləndərli professor Tixomirov haqqında ifadə verərək demişdir: “Tixomirov tələbələr arasında Stalinin, Kirovun və Jdanovun mətbuatda dərc olunan yeni tarix və SSRİ xalqlarının tarixi üzrə konspektlərindən qeydlərin əhəmiyyəti və Pokrovskinin tarix üzrə dərsliyinin tənqidi haqqında izahat işi aparmamışdır. Tixomirov “xalqçılar - marksizmin qəddar düşmənləridir” müddəası əleyhinə etiraz etmişdir. 1937-ci il martın 5-də on üçüncü istintaqda müttəhim bildirmişdir: “Fərdi terrorun tərəfində olduğumu etiraf edirəm”. Doğrudan da, istintaq aparatının böyük nailiyyəti bax budur!
16 mart 1937-ci il, on dördüncü istintaq. H.Biləndərli Tixomirov, Çobanzadə, Zeynallı, Ağamir Məmmədov və Xuluflu haqqında “ifşaedici” ifadələr vermişdir. 1937-ci il martın 20-də on beşinci istintaqda müstəntiqin: “Terrorist ruhda kim tərəfindən hazırlanmısınız?” sualına H.Biləndərli belə cavab vermişdir: “Tixomirov tərəfindən”. Bu lap sayıqlamadır! 1937-ci il martın 31-də on altıncı istintaqda müttəhim bildirmişdir ki, o, “tələbələrin trotskist xarakterli səhvlərini ört-basdır etmişdir”. 1937-ci il aprelin 21-də on yeddinci istintaqda müttəhim özünün “praktiki əksinqilabi fəaliyyəti haqqında” ifadə verməyi davam etdirmişdir. 1937-ci il mayın 17-də on səkkizinci istintaqda müstəntiq H.Biləndərlidən əksinqilabçı trotskiçilərin adlarını çəkməyi (!) tələb etmişdir. Dörd gün çəkən (20-23 may 1937-ci il) on doqquzuncu istintaqda müstəntiq soruşmuşdur: “İstintaqa əksinqilabi fəaliyyətdə iştirakınız və əksinqilabçı elementlərlə əlaqəniz barədə danışın”.
Cavab: “Xuluflu, Əzim Dadaşov, Çobanzadə, Əli Nazim, Zeynallı, Məmməd Bayramov, Rəhim Həsənov, Qulam Bağırov, Söhbət Sumbatzadə, Qubaydullin, Həsən İmanov qatı əksinqilabçı millətçi pantürkistdirlər”.
Müstəntiq: “Siz Azərbaycanda əksinqilabi millətçi təşkilatın üzvü olduğunuzu etiraf edirsinizmi?”.
Cavab: “Bəli, etiraf edirəm ki, mən Azərbaycanda əksinqilabi millətçi təşkilatın üzvüyəm. Təşkilatın məqsədi Azərbaycanda Lenin-Stalin siyasətinə qarşı mübarizə aparmaq və Sovet hökumətinin milli siyasətinə əksinqilabi böhtanlar yaymaq yolu ilə azərbaycanlı gənclər arasında bu mübarizə üçün kadrlar tərbiyə etmək idi. Təşkilatın son məqsədi isə Azərbaycanın Sovet İttifaqından ayrılması və onun Türkiyəyə birləşməsi idi”.
Müstəntiq: “Bu əksinqilabi təşkilatın rəhbəri kim idi?”.
Cavab: “Üzvü olduğum bu təşkilatın rəhbəri Ruhulla Axundov, Xuluflu, Zeynallı, Çobanzadə idi”.
Müstəntiq: “Bu əksinqilabi təşkilata kim tərəfindən cəlb edilmişdiniz?”.
Cavab: “Milli məsələdə mənim tərəddüd etdiyimi bilən Vəli Xuluflu 1930-cu ildə məni əksinqilabi millətçi təşkilata cəlb etmişdir. Vəli Xuluflunun vasitəsilə mən əksinqilabi təşkilatın digər üzvləri ilə əlaqəyə girdim”.
İyirminci istintaq üç gün (25-27 may 1937-ci il) çəkmişdir. Biləndərli yenidən təkrar etmişdir ki, müsavatçılar və trotskiçilərlə bir blokda əlaqədə olan əksinqilabi millətçi təşkilatın üzvüdür. İyirmi birinci istintaqda (10 iyun 1937-ci il) müstəntiq onun əksinqilabi millətçi təşkilata cəlb edilməsi, üzvü olması haqqında ifadəsini təsdiq etməyi yenidən tələb edir.
Nəhayət, 1937-ci il iyunun 16-da iyirmi ikinci istintaqda əksinqilabi təşkilata cəlb edilmək metodları haqqında yenidən sorğu-sual aparılmışdır.
Biləndərlinin işinə onu ifşa edən digər müttəhimlərin də ifadələri tikilmişdir. Üç dəfə üzləşmə olmuşdur. 1937-ci il iyulun 4-də H.Biləndərli Azərbaycan SSR CM-nin 17/70-ci maddəsi üzrə (ÜİK(b)P-yə qarşı mübarizdə terror tətbiq etmək mövqeyində durmuşdur) əlavə ittiham olunmuşdur.
1937-ci il avqustun 7-də H.Biləndərlinin istintaq işinin başa çatması haqqında protokol tərtib edilmişdir. 1937-ci il avqustun 25-də ittiham qərarı quraşdırılıb yazıldı.
1937-ci il oktyabrın 10-da SSRİ Ali Məhkəməsi hərbi Kollegiyası Səyyar sessiyasının (Matuleviç, Zaryanov, Jiqur) hazırlıq iclasının protokolu tərtib edildi: Hüseynəli Süleyman oğlu Biləndərlinin işi Azərbaycan SSR CM-nin 70 və 73-cü maddələri üzrə məhkəməyə verilməli. İşə bağlı məhkəmə iclasında, müdafıəçisiz, ittihamçısız və şahidlərsiz baxılmalı.
1937-ci il oktyabrın 11-də SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının bağlı məhkəmə iclası keçirildi. İclas saat 13:40 dəqiqədə başlandı. Müttəhim H.Biləndərli özünün günahkar olduğunu boynuna aldı. Son sözdə günahının yüngülləşdirilməsinin xahiş etdi. İclas saat 13:55 dəqiqədə başa çatdı. (Buna bax: 10 ay istintaq getmişdir, neçə yüz kağız vərəqi müxtəlif yazılarla doldurulmuşdur, uzun sürən 22 dindirmə prosesi keçirilmişdir, çoxlu adamların ittiham olunması üçün xeyli material toplanmışdır, belə “güclü xalq düşməninin” məhkəməsi isə cəmi 15 dəqiqə çəkmişdir!)
1937-ci il oktyabrın 11-də Hüseynəli Süleyman oğlu Biləndərli ən ağır cəzaya - güllələnməyə məhkum olunmuşdur. Hökm həmin dəqiqə, dərhal yerinə yetirilmişdir.
SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının 20 oktyabr 1956-cı il tarixli qərarına görə H.Biləndərlinin işinə yenidən baxılmış və SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının 1937-ci il oktyabrın 11-də çıxardığı hökm ləğv olunmuş, cinayət tərkibi olmadığına görə iş xətm edilmişdir.

Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |