05.07.2012 [15:44] - Güney Azərbaycan xəbərləri
İrana qarşı artan beynəlxalq təzyiqlər, rejimin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri ilə müşayiət olunmaqdadır.Son günlərdə Güney Azərbaycanda bir neçə milli-mədəni fəal tutuqlanıb, evlərində axtarış aparılıb vəya onların həbs qərarının icrasına başladılıb.Keçən günlərdə Səhənd şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları azərbaycanlı fəal Vəhid Həbibçeşmənin ata evinə hücum ediblər. Evə hücum edən məmurlar evdə axtarış aparıb, flaşkart, kompüter, mobil telefonu və bir neçə kitabı zəbt etdikdən sonra Vəhid Həbibçeşməni yaxalayıb və özləri ilə ETTELAAT idarəsinə aparıblar. Onunla görüşün və telefon əlaqəsinin olmaması, azərbaycanlı fəal barəsində nigaranlıqları artırıb.Vəhid Həbibçeşmə 2012-ci il fevralın 21-i Dünya Ana Dili Günü tutuqlabıb, 80 gün müvəqqəti saxlanıldıqdan sonra ittihamlardan bəraət qazanaraq, Təbrizin mərkəzi zindanından azadlığa buraxılmışdır.Mühəndis Vəhid Rastqu isə iyunun 27-i Güney Azərbaycanın Təbriz şəhərində tutuqlanıb.O, Hafiz xiyabanında yerləşən öz ata evində yaxalanıb və naməlum istiqamətə aparılıb.
Təhlükəsizlik qüvvələri onun ata evinə müraciət edib, evdə axtarış apardıqdan sonra, Rastquya aid kompüter, flaşkart, mobil telefonu, kitab və əlyazmaları özləri ilə aparıblar.Bu günə qədər Rastqu öz ailəsi ilə telefon əlaqəsi saxlamayıb və onun harda və hansı səbəbdən saxlanıldığı barədə heç bir məlumat yoxdur.Həmçinin keçən günlərdə Güney Azərbaycanın Sarab şəhərində azərbaycanlı fəallar Səhənd Moali və Əli Səmədpur tutuqlanıb.İyulun 2-i (tirin 12-i) saat 6 radələrində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları azərbaycanlı fəalların evlərinə hücum edib, onları ailələri ilə birlikdə təhdid və təhqir edəndən sonra yaxalayıblar. Həmçinin məmurlar hər iki fəalın evində axtarış aparıb və onlara aid kompüter, kitab, əlyazmalar və bir sıra şəxsi əşyaları zəbt ediblər.ETTELAAT məmurları Səhənd Moalini iş yerinə aparıb və iş yerindəki kompüteri də zəbt ediblər. Bu günə qədər onların harda və nə səbəbdən saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur.Həmçinin Sarab şəhərində İyulun 2-i (tirin 12-i) saat 06 radələrində təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Məhəmməd Xətibinin evinə hücum edib və evdə axtarış aparıblar.Məlumata görə, məmurlar bir sıra şəxsi əşya o cümlədən kitablar və kompüteri özləri ilə aparıblar. Lakin, Xətibi evdə olmadığı üçün onu yaxalamağa nail olmayıblar.Həmçinin son günlərdə Tanınmış azərbaycanlı fəal, jurnalist və şair Səid Muğanlının da həbs qərarının icrasına başladılıb. O bir neçə gün Təbrizin mərkəzi zindanında həbsdə saxlanıldıqdan sonra təzyiq məqsədi ilə narkomanların bölümünə köçürülüb.

Bu xəbər oxucular tərəfindən 1462 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |