Şrift:
Azərbaycanlı xanım Danimarkada musiqi koordinatoru təyin edilib
05.07.2012 [16:13] - Diaspor
Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kəmalə Hüseynova Danimarka böyük adaları daxil olmaqla musiqi üzrə koordinator təyin edilib.

Bu barədə cəmiyyətdən bildiriblər.

“Kəmalə Hüseynova neçə illərdir ki, Azərbaycan musiqisinin Danimarka və beynəlxalq səviyyədə tanıdılmasında böyük xidmətlər göstərən dəyərli diaspor fəallarımızdandır.

Onun fəaliyyəti Danimarkada izlənir və yerli mediada milli musiqimizlə bağlı çıxışlar edir. Kəmalə xanımın belə bir vəzifəyə təyin edilməsi Danimarkada yaşayan soydaşlarımızı qürurlandırıb və inanırıq ki, Kəmalə xanım daha böyük vəzifələrə təyin edilcək”, - deyə cəmiyyətdən bildiriblər.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed