06.07.2012 [10:34] - Siyasət
Rusiya xarici işlər naziri Sergey Lavrov qərb ölkələrini Suriya ilə bağlı mövqelərinin böyük müharibəyə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın baş diplomatı Suriya prezidenti Bəşər Əsədə rəsmi Moskvanın siyasi sığınacaq verilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, Bəşər Əsədə siyasi sığınacaq verilməsinin gündəmlərində olmadığını söyləyib: “Qərb ölkələrinin Suriya ilə bağlı sərt mövqeləri regionda yeni böyük müharibəyə səbəb olacaq. O ki, qaldı siyasi sığınacaq məsələsinə, Suriya lideri Bəşər Əsədə siyasi sığınacaq vermək fikrimiz yoxdur. Rusiyanın belə bir planı yoxdur. Suriya xalqının özü buna qərar verməlidir. Bizim belə bir addımımızın mənası olmaz”.
Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzeti Rusiya diplomatik mənbələrinə istinadən qərb ölkələrinin Rusiyaya Bəşər Əsədə siyasi sığınacaq verməsi ilə bağlı təzyiq göstərdikləri haqqında məlumat yayıb. Sergey Lavrov bu informasiyanı şərh edərək, Rusiyanın belə bir planı olmadığını söyləyib.
S. Lavrov Suriya ilə bağlı Cenevrədə keçirilən konfransda qərb ölkələri ilə Suriyada müvəqqəti keçid hökumətinin qurulması ilə bağlı razılığa gəldiklərini söyləyib: “Gələn həftə Suriya müxalifətinin nümayəndələri Rusiyaya səfər edəcəklər. Suriya konfliktinin həllinə dair müzakirələr aparılacaq”.

Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |