Şrift:
Yayın əvvəlindən günvurmaya məruz qalan 74 nəfərə tibbi yardım göstərilib
10.07.2018 [10:33] - Sağlıq
Havaların isti keçməsi nəticəsində günvurma təhlükəsi ilə əlaqədar hər gün Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının “103” xidmətinə zənglər daxil olur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yayın əvvəlindən indiyədək günvurma diaqnozu ilə stansiyaya 75 müraciət edilib. Onlardan 46 nəfəri profilaktiki məqsədlərlə stasionar müalicəyə cəlb olunub, 26 nəfərə yerində yardım göstərilib.

Günəşin təsirinə məruz qalanlardan 54-ü kişi, 4-ü azyaşlı, 17-si qadındır və onların arasında həyati təhlükəsi olan yoxdur.
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed