06.07.2012 [11:55] - Türk dünyası-Turan
Gəcnlər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Davam.az saytına verdiyi məlumata görə, Türkdilli dövlətlərin universitet idman federasiyaları arasında əlaqələrin genişləndirilməsi məqsədilə Türkdilli Dövlətlərinin Universitetlərinin İdman Federasiya tərəfindən Gənclər və İdman Nazirliyinə müraciət edilib və 05 – 08 iyul 2012-ci il tarixlərində Bakı şəhərində Türkdilli dövlətlərin idman federasiyalarının rəhbərlərinin toplantısının keçirilməsi təklif olunub.
6 iyul tarixində gerçəkləşən görüşdə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərindən 10 nəfərə yaxın nümayəndə heyəti iştirak edir. Qeyd edək ki, 2010-cu ilin mart ayında Türkiyə Universitet İdman Federasiyasının təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində Türkdilli ölkələrinin universitet idman federasiyalarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Bu toplantıda digər Türkdilli ölkələrlə yanaşı Azərbaycanın da nümayəndələri iştirak edib.
Toplantının qərarına əsasən ilk dəfə olaraq Türkdilli Dövlətlərinin Universitetlərinin İdman Federasiyası yaradılıb.
2010-cu ilin oktyabr ayında Federasiyanın təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində Türkdilli dövlətlərinin tələbələri arasında I İdman Oyunları keçirilib və respublikamızın tələbə-idmançıları bu tədbirdə 5 idman növündən iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 1958 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |