06.07.2012 [12:38] - Siyasət
İbrahim İbrahimli: “Belə qənaətə gəlindi ki, Ayaz Mütəllibovdan və Surət Hüseynovdan fərqli olaraq Heydər Əliyev Azərbaycana rus qoşunlarının gəlməsini qəbul etməyəcək, müstəqillik qorunub saxlanacaq”
“Elçibəy hakimiyyətini zəiflik göstərib hakimiyyəti qoruyub saxlaya bilməməkdə, Heydər Əliyevi iqtidara dəvət etməkdə suçlayanlar öncə bir məsələni nəzərə almalıdırlar ki, o dövrdə hakimiyyəti qoruyub saxlamaq mümkün idi, ya yox”. Bunu istiqlalçı deputat İbrahim İbrahimli AMİP lideri Etibar Məmmədovun mediaya açıqlamasında AXC hakimiyyətini zəiflikdə və hakimiyyəti saxlaya bilməməkdə ittiham etməsinə münasibət bildirərkən deyib.
İ.İbrahimli açıqlamasında xatırladıb ki, o zamanın şərtləri milli hakimiyyəti qoruyub saxlamağı mümkünsüz edirdi: “Sovet imperiyasının dağılmasından sonra milli qüvvələrin hakimiyyətə gəlişi və qısa zamanda hakimiyyətdən gedişi onunla bağlı idi ki, cəmiyyət demokratiyaya alışmamışdı, demokratiyadan sui - istifadə baş verdi. Keçmiş SSRİ məkanında bu proses, Baltikyanı ölkələri çıxmaq şərti ilə, digər bütün respublikalarda getdi. Yenidən geriyədönmə prosesi baş verdi. Gürcüstanda da belə oldu; Şevardnadze hakimiyyətə gəldi, Azərbaycanda da belə oldu, - Heydər Əliyev hakimiyyətə gəldi. Əbülfəz Elçibəy komandasını hakimiyyəti saxlaya bilməməkdə suçlamaq o zamanın şərtlərini, xarici faktorları, geosiyasi prosesləri nəzərə almamaqdan irəli gələn subyektiv və qərəzli yanaşmadır".
İ.İbrahimlinin sözlərinə görə, o zaman dünyada, bölgədə baş verən prosesləri, bölgədəki siyasi şərtləri, geosiyasi maraqları nəzərə alanda məlum olur ki, milli hakimiyyəti qoruyub saxlamaq mümkün deyildi. Hətta silaha əl atılsaydı, böyük miqyasda zor tətbiq edilsəydi də hakimiyyəti saxlamaq mümkünsüz görünürmüş: “Ortada Gürcüstan nümunəsi var idi. Qamsaxurdiya ciddi şəkildə güc tətbiq etmişdi, silahlı müqavimət göstərmişdi; amma hakimiyyəti saxlaya bilmədi. Əbülfəz Elçibəy, milli hakimiyyət çətin seçim qarşısında qalmışdı. Ya hakimiyyət Rusiyanın ssenarisinə uyğun olaraq Ayaz Mütəllibova və ya Surət Hüseynova verilməliydi, ya da Heydər Əliyevə ötürülməliydi. Milli hakimiyyət iki variantdan birini seçməli idi. Belə qənaətə gəlindi ki, Ayaz Mütəllibovdan və Surət Hüseynovdan fərqli olaraq Heydər Əliyev Azərbaycana rus qoşunlarının yenidən gəlməsini, Azərbaycanın rusların himayəsi altında idarə olunmasını qəbul etməyəcək, Azərbaycanın müstəqilliyinə xələl gəlməyəcək, qorunub saxlanacaq. Ona görə də Heydər Əliyev variantının üzərində dayanıldı. Bu variant seçilərkən Əbülfəz bəy bilirdi ki, Azərbaycanda demokratiyaya ciddi zərbə dəyəcək, ölkə demokratiya yolundan uzaqlaşacaq. Amma Ayaz Mütəllibov və ya Surət Hüseynov variantı daha pis idi, Azərbaycanın müstəqilliyinin ruslar tərəfindən sıradan çıxarılması təhlükəsi real idi. Milli hakimiyyət üçün isə hər şeydən vacib məsələ Azərbaycanın müstəqilliyinin qorunub saxlanması idi”.
İ.İbrahimli vurğuladı ki, Elçibəy hakimiyyətini ittiham edənlər bunları nəzərə alaraq fikir bildirsələr daha ədalətli olar.
Etibar SEYİDAĞA

Bu xəbər oxucular tərəfindən 4157 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |