Şrift:
Türkiyədə axtarışda olan təhlükəli PKK terrorçusu yaralı halda ələ keçirilib
12.07.2018 [10:36] - Gündəm, Hərb
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının Şırnak vilayətinin Beytüşşebap rayonunda zərərsizləşdirdiyi terrorçulardan biri PKK terror təşkilatına məxsus axtarışda olan şəxsdir.

Terror aktı hazırladıqları halda pilotsuz aparatlar tərəfindən təsbit edilərək bombalanaraq zərərsizləşdirilən terrorçulardan ikisi ölü, biri yaralı halda ələ keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, yaralı terrorçu "Mehmet Goyi" ləqəbli Kadri Bayramdır. O, bir sıra cinayətlərdə iştirak etdiyi üçün axtarışda olub.

Antiterror əməliyyatı aparılan ərazidə terrorçulara məxsus silah-sursat və digər ləvazimatlar ələ keçirilib.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed