06.07.2012 [12:46] - Gündəm
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı müraciətini alqışlayıb.
Bu barədə XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.
“Bu müraciət – ictimaiyyətin yaranmış vəziyyətdən ciddi şəkildə narahatlıq keçirdiyini daha bir göstəricisidir. Ümidvarıq ki, İran rəhbərliyinin bu məsələ ilə bağlı atacağı addımlar iki qonşu dövlət arasında qarşılıqlı dostluq münasibətlərinin ruhuna uyğun olacaq”.
Xatırladaq ki, dünən Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev İran Xarici İşlər Nazirliyinə, digər ölkələrin xarici siyasət idarələri və diplomatik korpuslarına, xarici ölkələrdə fəaliyyət göstərən PEN klublara gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin həbsi faktı ilə bağlı müraciət edib. Müraciətdə bildirilir ki, İranda iki gənc azərbaycanlıya qarşı qanunazidd hərəkətlər beynəlxalq hüquq normalarının, insan haqlarının fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır.
İran kütləvi informasiya vasitələrinin məlumatına görə, Fərid Hüseyn və Şəhriyar Hacızadə casusluq faktına görə həbs olunublar. Lakin İran XİN hələ də Azərbaycan vətəndaşlarının həbsinin səbəbləri ilə bağlı rəsmi Bakını məlumatlandırmayıb.

Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |