Şrift:
İran Rusiyadan 4 milyard dollar təzminat istəyir
06.07.2012 [13:30] - Siyasət
İran Müdafiə Nazirliyi Rusiyadan C-300 zenit-raket komplekslərinin satın alınmasına dair müqavilənin pozulmasına görə 3,985 milyard dollar təzminat tələb edir.
“İzvestiya” qəzetinin istinadən verdiyi məlumata görə, İran Cenevrədəki arbitraj məhkəməsində Rusiyanın “Rosoboroneksport” şirkətinə qarşı iddia qaldırıb.

Qeyd edək ki, 2007-ci ildə Rusiya ilə İran arasında C-300 PMU-1 komplekslərinin alqı-satqısına dair müqavilə imzalanıb. Sövdələşmənin dəyəri 800 milyon dollar məbləğində olub. Komplekslərin İrana göndərilməsi əvvəlcə texniki səbəblərdən ləngiyib. 2010-cu ildə İrana silah satışını qadağa edən BMT qətnaməsi qəbul olunduqdan sonra isə müqavilənin icrası dayanıb. Prezident Dmitri Medvedev İrana hərbi təyyarə, helikopter, gəmi və zenit-raket komplekslərinin satışının qadağan edilməsi haqqında fərman imzalayıb. Rusiya İrandan aldığı 167 milyon dollar avansı geri qaytarıb.
Bu xəbər oxucular tərəfindən 1350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed