Şrift:
Gürcüstanın Qardabani rayonunda Ədliyyə evi inşa olunacaq
16.07.2018 [10:16] - Borçalı
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda Ədliyyə evi inşa olunacaq.

Qardabani rayonundan majoritar qaydada parlamentin deputatı seçilən Savalan Mirzəyev AZƏRTAC-a açıqlamasında deyib ki, rayonda belə bir hüquqi xidmət mərkəzi yoxdur. Ona görə də soydaşlarımız müxtəlif hüquqi sənədləri əldə etmək üçün Rustavi, Marneuli və ya Tbilisi şəhərlərinə getməli olurlar ki, bu da əlavə çətinliklər yaradır.

“Əhalinin bu problemini həll etmək üçün Ədliyyə Nazirliyi ilə danışıqlar apardıq və Qardabanidə belə bir xidmət mərkəzinin tikintisi barədə razılıq əldə olundu. Yeni Ədliyyə evinin tikintisi ilə əlaqədar bütün sənədlər artıq hazırlanıb. Tikinti işlərinə 2019-cu ilin əvvəlində başlanılacaq. Mərkəz ilin sonunadək əhalinin istifadəsinə veriləcək”, - deyə S.Mirzəyev vurğulayıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 2047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed