Şrift:
Ukrayna parlamenti Litvinin istefa ərizəsinə baxmaqdan imtina edib
06.07.2012 [14:19] - Xəbərlər
Ukrayna parlamenti cümə günü keçirilən iclasında Ali Radanın spikeri Vladimir Litvinin ərizəsinə baxmaqdan imtina edib. Bu barədə cümə günü RİA Novosti məlumat verir.
Bu məsələnin gündəliyə daxil edilməsini heç bir deputat dəstəkləməyib.
"Bununla da qərar qəbul edilməyib. Gəlin, Vladimir Litivini qazandığı etimad rəyinə görə təbrik edək", - parlamentin vitse-spikeri Adam Martınyuk səsvermənin nəticələrini şərh edərkən deyib.
Regionlar Partiyası fraksiyasının rəhbəri Aleksandr Yefremov səsvermədən öncə bəyan edib ki, təmsil etdiyi fraksiya spikerin istefası haqqında məsələnin baxılmasının hələ tez olduğunu hesab edir.
Onun fikrincə, Litvinin qərarı düşünülməmiş və emosional olub.
"Onun qəbul etdiyi qərar öz fikridir, lakin bu qərar emosional yanaşma nəticəsində qəbul edilib. Fikrimcə, onun qərarı tam düşünülmüş qərar deyil və bü cür şəraitdə qəbul edildiyinə görə dəstəklənə bilinməz", - o bildirib.
Bununla belə, Yefremov qeyd edib ki, Litvin spiker kimi başa düşməlidir ki, rəhbər vəzifəni tutmağa razı olan istənilən şəxs qərar qəbul etməli olduğu zaman daim problemlər yarana bilər.
Xatirladaq ki, Litvin, parlament dillərlə bağlı qanun layihəsini qəbul etdikdən sonra istefaya getmək haqqında niyyətini bəyan etmişdi.
İyulun 4-də Ali Radanın Aparatında spiker Litvinin vəzifəsindən getməsi ilə bağlı ərizəsi qeydə alınıb.
Litvin 2009-cu ilin dekabrın 9-dan parlamentin spikeri vəzifəsində çalışır.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed