16.07.2018 [10:25] - Xəbərlər, DAVAMın yazıları
Babəkin kəsilmiş başının Xorasana göndərilməsi haqda fərman verilməsinin səbəbi nədir və xəlifənin məqsədi nə idi? Kimlərə göstərilməliydi Babəkin başı? Xəlifə bununla kimləri qorxutmaq niyyəti güdürdü?
Babəkin həyatı, yaşayışı, mübarizəsi və ölümü ilə bağlı müxtəlif fərziyyələr var. İstər elm adamlarımız, istərsə də həvəskar tarixçilər bu məsələyə fərqli baxışlar sərgiləyirlər. Ancaq əslində necədir? Bütün bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün Enter.News tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının “Babəkin başı niyə Xorasana göndərildi?” yazısını tədim edir.
Babək hərəkatının islamdaxili, konkret olaraq Əhli-Beyt yönümlü bir hərəkat olduğunu söyləməyə əsas verən çox maraqlı məqamlardan daha birisi öldürüldükdən sonra Babəkin başının niyə məhz Xorasana göndərilməsi ilə əlaqədardır. Axı Abbasi sarayına qarşı çıxışlar, hürrəmilərin silahlı üsyanı Azərbaycanda baş veribsə, üsyanın əsas hərəkatverici qüvvəsi sıravi Azərbaycan əhalisi idisə, Babəkin qərargahının yerləşdiyi Bəzzeyn Güney Azərbaycandadırsa, hər şey bir başa buradan idarə olunubsa, bu üsyan başçısının cəsədi etiraza qalxan xalqın gözünü qorxutmaq üçün məntiqlə gərək ilk növbədə həmin üsyançıya dəstək vermiş ölkənin xalqına, əhalisinə nümayiş etdiriləydi. Yəni, məntiq bunu deyir ki, gərək Abbasi xəlifəsi Mötəsim Babəki öldürtdükdən sonra onun cəsədini və ya kəsilmiş başını Azərbaycana göndərəydi, Azərbaycanın mahal və kəndlərində gəzdirtdirəydi ki, Abbasilərə qarşı çıxanlara, necə deyərlər, "görk olsun". Xəlifə Mötəsim isə Babəkin başının Xorasana göndərilməsi barədə göstəriş vermişdi. Bu haqda Təbəridə oxuyuruq: "Bundan sonra Mötəsim onun başını Xorasana göndərdi. Bədənini isə Samirədə şəhər yoxuşluğunun yanında dara çəkdirdi. Bu yer Samirədə məruf idi." (Təbəri, "Tərüx ər-rüsul va-l-müluk", III cild, səh.1231)
Bu haqda əl-Məlikin, İbn-Təqriberdi, əl-Məsudi də yazmışlar. Əbu Məhəmməd ibn-Əsəm əl-Kufi isə öz əsərində Babəkin ölümü hadisəsini belə qeyd edir: "Cəllad Babəkin əl-qolunu və ayaqlarını vurub kəsdi. Onlar yerə düşdü. Sonra xəlifə əmr etdi ki, Babəki doğrasınlar. Onun qarnını yırtdılar, başını kəsib Xorasana göndərdilər, bədənini isə Samirədə əl-Əqaba adlı yerdə çarmıxa çəkdilər."
Yeri gəlmişkən, onu da söyləyək ki, bəzi tədqiqatçılar bu kimi sitatalara baxıb elə düşünürlər ki, Babək xristian kimi əlləri-ayaqları mıxlanmaqla çarmıxa çəkilib. Amma aydın məsələdir ki, əl-qolu və ayaqları kəsilmiş bir insanı xristian kimi çarmıxa çəkmək mümkün deyil. Burada əlbəttə ki, Babəkin bədənini hər kəsin görməsi üçün hündür bir dirəyə mıxlanmasından söhbət gedir.
Məsudi də "Əxbari Bağdad" kitabında yazılanlara əsasən Babəkin edamını və cəsədinin aqibəti barədə bunları qeyd edir: "Başını Bağdada aparıb körpü üzərində bir ağaca taxdılar. Sonra həmin başı Xorasanın bütün şəhər və qəsəbələrində dolandırdılar. Səbəbi isə bu idi ki, o, xalqın ürəyində kök salmış, böyük bir nüfuza malik idi." Eyni sitata mənbənin rus dilinə tərcümə variantında bu şəkildə verilmişdir: "Zatem (Xalif) pibkazal vırezat emu yazık i raspyat çlenı eqo vmeste s tolem. İ on bıl raspyat. Potom otnesli qooovu v qorod Mira i vodruzili na mostu, a posle etoqo otvezli ee v Xorasan (çtobı) nosit po vsem qorodam i vesyam eqo, ibo xorasançı ispıtıvali k (Babaku) velikoe uvajenie (po priçine) vajnosti dela eqo, mnoqoçislennosti voinov eqo, blizosti k uniçtojeniyu çarstva, perevorotu verı i zamenı ee."
Babəkin başının Xorasana göndərilməsi məsələsini təhlil edərkən bir sıra tarixi faktları xatırlamaqla yanaşı, dəmir məntiqin də köməyinə ehtiyac yaranır. Dünyanın o zaman üçün ən böyük dövləti olan xilafətin başçısı, hər halda, bu cür məsələdə məntiqsiz və səbatsız qərar verməzdi. Bəs elə isə Babəkin kəsilmiş başının Xorasana göndərilməsi haqda fərman verilməsinin səbəbi nədir və xəlifənin məqsədi nə idi? Kimlərə göstərilməliydi Babəkin başı? Xəlifə bununla kimləri qorxutmaq niyyəti güdürdü?
Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, araşdırmçılar Xorasan bölgəsini hələ çox qədim dövrlərdən bəri türklərin toplu halında yaşadığı ərazilərdən biri hesab edirlər. Xorasanın türk bölgəsi kimi tanınmasına biz Bəsrəli Cahizin əsərində rast gəlirik. Əbu Osman Əmr ibn Bəhr əl-Cahizin "Türklərin və digər xəlifə qoşununun fəzilətləri barədə Əl-Fəth ibn Xaqana məktub"unda xəlifə sarayında bir əyanın özündənrazı bir nitq söyləyərək xəlifə qoşununda olan türkləri xorasanlılardan ayrı qeyd etməsinə Əl-Fəthin verdiyi cavab aşağıdakı kimi təkrar olunur: "Tı stal otriçat rasxojdenie ix qenealoqii i razliçie iz svyazey. Tı skazal, çto Xorasançı i tyurki - bratya. Strana u nix odna, priqovor svışe dlya etoy çasti Vostoka i sudba etoqo reqiona edinı, a ne razliçnı, sovpadayut, a ne rasxodyatsya, iznaçalnıe ix korni, esli i ne edinı, to vzaimosvyazanı, peredelı ix obitaniya, esli i ne sovpadayut, to primerno sootvetstvuyut druq-qruqu, i vse oni v obşem Xorasançı, daje esli i imeyut kakie-to otliçitelnıe svoystva i priznaki".
Sitatın dilimizə tərcüməsi: "Sən onların şəcərələrinin ayrı olması və əlaqələrinin fərqlənməsi fikrinə etirazını bildirdin. Sən dedin ki, xorasanlılar və türklər - qardaşdırlar. Onların vətəni birdir, şərqin bu bölgəsi ilə bağlı göylərdən verilən hökm və bu bölgənin taleyi eynidir, fərqli deyil; üst-üstə düşür, ayrı deyil, onların soykökü, əgər eyni deyilsə də, bir-birinə qarşılıqlı şəkildə bağlıdır. Onların məskunlaşdıqları yerlərin hüdudları əgər üst-üstə düşmürsə də, demək olar ki, bir-birinə uyğun gəlir və onların hamısı ümumən xorasanlıdır, hətta hansısa fərqli özəlliklərə və cəhətlərə malik olsalar belə."
Türklərin bu bölgədə İslamı qəbul etməsi İslamın görünməmiş dərəcədə qüdrətlənməsinə səbəb olmuşdur. Təbii ki, bu məsələdə peyğəmbər nəslindən olan əhli-beyt mənsublarının da rolu danılmazdır. Sufi dünyasının böyük alimi Süfyan əs-Səfrinin "Xorasanda azan oxumaq Məkkədə ibadət etməkdən daha üstün və fəzilətlidir" fikri Xorasanın İslamın yeni güc və ağıl mərkəzinə çevrilməsinin bariz nümunəsi idi. Nihat Çetinkaya bu bölgə ilə bağlı bunları söyləyir: "İslamın zühuruna yaxın dönəmlərdə Xorasanda, xüsusən də Gürcan (Qorqan) bölgəsində türk qövmlərindən Hunlar (Eftalitlər), Xələçlər, bir qism karluqlar Ağaçəri, Sul və Yazar türkləri yaşayırdı".
Tədqiqatçı Xorasanda Əhli-beyt aşiqi olan türklərin yaşadığını və bu kütlənin də hər zaman Əhli-beyti dəstəkləyən üsyanlara fəal şəkildə qatıldığını qeyd edir. Bu haqda qeyd olunanlardan Xorasan vilayətinin İslamın yayıldığı ilk dönəmlərdən bu yana Əhli-beyt tərəfdarlarının yaşadıqları yer olduğunu görürük. Müsəlman Azərbaycan türkü olan Əbu Müslüm Xorasininin (722-755) tarixə səs salmış üsyanının məhz burada baş qaldırması faktını da bu yerdə xatırlamaq olar. Təkcə Əbu Müslümün üsyanı yox, Abbasi xilafətinin yürütdüyü siyasətə qarşı Xorasanda hələ Abbasilərin hakimiyyətə gəlişinin ilk illərindən etibarən üsyanlar dalğası başlamış, bir-birinin ardınca bir neçə kütləvi üsyan qeydə alınmışdır. Bunlardan Sünbadın, İshaq əl-Türkinin, Zərdüştün, Haşim ibn Hakimin (Muğanna) başçılıq etdikləri xalq üsyanlarının adını çəkmək mümkündür. Sonuncu üsyanın 783-cü ildə yatırılmasından sonra etirazçı düşüncə tədricən Xorasandan İranın içlərinə və Azərbaycana yayılmağa başlayır. Filologiya üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu və müstəqil araşdırmaçı Dilqəm Əhmədin Əbü Müslim Xorasani barədə yazılarında da həmçinin Xorasan bölgəsində yaşayan türklərin Abbasilər əleyhinə üsyanlarda fəal iştirak etmələri tutarlı faktlarla qeyd olunmuşdur.
Bununla bağlı digər yazlarımızda ərəb mənbələrinin məlumatlarından sitatlar gətirərəkən Xorasan və Qorqan batinilərinin Hürrəmilərin hərəkatına verdiyi açıq dəstəyi qeyd etdik. Ümumiyyətlə, həmin dövrün ərəb mənbələri bir çox yerlərdə Xorasan və Qorqan batinilərindən, həmçinin, onların Hürrəmilərlə sıx əlaqə bağlantılarından bəhs edir. Təsadüfi deyil ki, Babək üsyanı yatırıldıqdan sonra Təbəristanda Məzyarın başçılığı altında Abbasilər əleyhinə daha güclü üsyan qalxmış və bu üsyna da əvvəlkilər kimi Xorasan əhalisi tərəfindən dəstəklənmişdir.
Bundan əlavə, tarixi faktlar bizə peyğəmbər nəslindən olan Əhli-Beyt mənsublarının Xorasan bölgəsinin əhalisi ilə sıx təmaslarından söz etməkdədir. Bunu IIV-IX əsr mənbələri də, son tədqiqatlar da qəti şəkildə təsdiqləyir. Z.Bünyadov Hz.Əli (ə)-ın oğlu İmam Hüseyn (ə)-ın hələ xəlifə Osmanın zamanında Səid ibn əl-Asın Kufədən Xorasana təşkil etdiyi səfərdə öz qardaşı imam Həsən (ə)la birlikdə iştirak etdiyini göstərir. Yəni, hələ Hz.Əli (ə)-ın xəlifəlik dönəmindən daha əvvəl xorasanlılar Əli nəslini tanıyırdılar. Və Əhli-Beyt imamlarının tərəfdarları arasında da çoxlu sayda Xorasan türkü olmuşdur. Onlar və digər xorasanlılar həmişə dar gündə peyğəmbər nəslinin nümayəndələrinə qucaq açmış, onları öz yanlarına dəvət etmiş, onları zülmün ərşə qalxdığı dönəmlərdə açıqca qorumuşlar. Fikrimizi qüvvətləndirən daha bir maraqlı məqam da Həzrəti Məhəmməd (s)-ın nəslindən olan və Babək hərəkatı zamanında (hicri-qəməri tarixlə 29 səfər, 203-cü ildə miladi tarixlə təqr. 819-820-ci ildə) xəlifə Məmnunun tapşırığı ilə zəhərləndirilərək öldürülən səkkizinci İmam Rza (ə)-ın qəbrinin məhz dediyimiz ərazidə Məşhəd şəhərində olmasıdır ki, bunu da əsla təsadüf hesab etmək olmaz. Xorasan bölgəsində təkcə İmam Raz (ə)-ın deyil, həmçinin, digər Əhli-Beyt mənsublarının və imamların ailə üzvlərinin də qəbirləri vardır. Bu sırada Qum şəhərində İmam Rza (ə)-ın bacısı Hz.Fatimeyi-Məsumənin Rey şəhərində İmam Zeynalabdinin (ə)-ın nəvəsi Tahirin, İmam Museyi-Kazım (ə)-ın oğlu Həmzənin, Pakdəst şəhərində İmam Zeynalabdin (ə)ın nəvəsi Talibin və digərlərinin məzarlarını sadalamaq olar.
Bəs Xorasan türklərinin İslama, onun peyğəmbərinin ailəsinə bu dərəcədə ehtiramla yanaşmasının kökləri nədən, hardan qaynaqlanır? Bu haqda, təəssüf ki, İslam tarixşünaslığı dolğun məlumat vermir. Lakin sözügedən məsələdə tarixi aspetkdə fikir yürütmək üçün əlimizdə çoxsaylı və tutarlı faktlar vardır. Dəyərli alimimiz Firudin Ağasıoğlu ərəb tarixçiləri Təbəriyə, İbn-i Səidə, İbn-i Həbibə və Əbdül Fərəcə istinadən Xorasan türklərinin İbrahim peyğəmbərin soyundan olması faktını açıqlayır. Bu tarixi həqiqətə, zənnimcə daha dərindən nüfuz etmək və onu dəyərli oxucularımız üçün daha geniş açıqlamaq gərəkdir.
Yəhudi və Xristian dini kitablarında Hz. İbrahim (ə)-ın Sara və Həcərdən sonra daha bir qadınla evliliyindən danışılmaqdadır. Lakin bu sonuncu evliliyə digər iki evliliyinə diqqət yetirildiyində daha az önəm verilmiş, bu haqda cəmi iki-üç cümlə fikir bildirilmişdir. Sanki yəhudi-xristian qaynaqları bu haqda danışmağa tənbəllik etmiş və ya qısqanclıq hissi keçirmişlər. Əslində Tanrı elçilərinin yaşam və mübarizə amallarının ta başından bəri təhrif edilməsi sarıdan heç də ərinib-tənbəllik etməyən yəhudi-kahin sistemi Hz.İbrahimin həyatı ilə bağlı faktları da öz bildiyi kimi yazıb-pozmuş, vacib əhəmiyyət daşıyan məlumatların üzərindən keçmiş və ya xaincəsinə yazmış, lazımsız məlumatlara isə gen-bol yer ayırmışdır.
Bibliyada - Təkvin bölümündə (25, 1-4) yazılıb ki, Hz.İbrahim (ə) Sara və Həcər öldükdən sonra Qantura adlı bir qadınla evlənmiş və bu nigahdan altı oğul övladı olmuşdur. Xristian dini mətnlərində bu qadının ismi "Ketura" və ya "Katura" şəklində qeyd olunub. Əbül-Fərəc isə özünün "Müxtəsər-üd düvəl" adlı əsərində Sara öldükdən sonra İbrahimin türk kralının qızı Qantura ilə evləndiyini açıq şəkildə qeyd edir, hətta yəhudilərin ən çox önəm verdikləri Musa peyğəmbərin də "İbrahimin türk zövcəsi Kentoranın (Qanturanın - C.B.) Yakşan adlı oğlunun soyundan gəldiyini" bildirir.
Məmmədhəsən Qəmbərli öz kitabında İbni-Abirinin "Dövlətlərin müxtəsər tarixi" adlı əsərində "İbrahim bir türk xaqanının qızı ilə evləndi" deyə yazdığını bildirir və bu haqda Türkiyə tarixçilərinin fikirlərinə istinad edir.
İslam aləmi Məhəmməd peyğəmbərdən səylənilən səhih hədislərin işığında Hz.İbrahimin bu qadından olan övladları və soyunu "Bəni Qantura" adlandırmaqdadır. Tövratın Təkvin adlı bölümündə bu İbrahim soyunun harada yerləşməsi ilə bağlı aşağıdakı cümləyə rast gəlinir: "İbrahim onlara (Kentura oğullarına) hədiyyələr verdi və onları İshaqdan uzaqlaşdırıb Şərqə doğru göndərdi." (Təkvin 25.6/, 27/ səh. 24.) Bu haqda Təbərinin "Tarix" əsərinin I cildində İbrahimin Şərqə tərəf yolladığı Qantura oğullarının ondan "Ey atamız! Niyə İsmayıl və İshaqı özünə yaxın bir yerdə saxlayırsan, amma bizi qürbətə, uzaq ölkəyə göndərirsən?" deyə soruşduqları və İbrahiminsə cavabında "belə əmr aldım!" dediyi qeyd olunmuşdur.
F.Ağasıoğlu bildirir ki, "VIII-IX asrlarda yaşayan Cahizin verdiği bilgiye göre, Araplarla Türkler arasında köken mevzusunda tartışanlar, Horasanlı Türklerin Kanturaoğullarının soyundan olduğunu söylüyorlardı." dəyərli alimimizdən daha bir sitat:
"İslam kaynakları da Kanturaoğullarının doğuya, özellikle Horasana gidip yerleştiğini vurgulamaktadır. (İbn-i Said, İbn-i Habib, Taberi )". Bu mövzuda maraq doğuran daha bir məqam Azərbaycana ilk gələn ərəblərin buradakı Türk boylarına "Bəni Kantura" demələridir.
Afşin Babəki hiylə ilə əsir aldıqdan sonra xəlifə Mötəsimə Babəki Samirə şəhərinə necə gətirməklə bağlı məktub yollamış, xəlifə isə cavab məktubunda ona Babəkin bəzədilmiş bir fil üzərində Samirə şəhərinə gətirilməsini tapşırmışdır. Əhməd ibn Əsəm əl-Kufi "Kitab əl-Fütuh" adlı əsərində Məhəmməd ibn Əbdülməlik əz-Zəyyat adlı şairin (çox güman ki, saray şairlərindən olmuşdur) Babəkin gətirilməsinə şeir qoşduğu qeyd olunmuşdur. Həmin şeirin bir bəndində maraqlı bir detal diqqəti cəlb edir:
Fili həmişəki kimi bəzədilər,
Fil Xorasan sultanını aparır
Və fili çox nadir hallarda
Belə təmtəraqla bəzəyirlər!
Səid Nəfisidə isə bu şeirin ikinci misrasında "Xorasan sultanı" kəlməsini yerinə "Xorasan şeytanı" ifadəsi qeyd olunduğunu görürük.
Abbasilər dönəmində türklərin, xüsusən də Xorasan türklərinin özlərini "İbrahimin soyundan" saymaları haqda tədqiqatçı-alim Məmmədhəsən Qəmbərli əl-Cahizin əsərindən sitat gətirməklə aşağıdakı şəkildə qeyd edir:
"Heç bir sübut gətirilmədən türklərin atalarının ərəb-məzhiç qəbiləsinə mənsub olduğunu iddia edənlər peyda olmuşdu. Abbasilərin ilk çağlarında meydana gələn və Cahizin təbirincə desək, ziyalıların fikrini çaşdıran belə bir iddianı yenə Cahizin adını çəkdiyimiz əsərində görürük və türklərin bu fikrə münasibətinin şahidi oluruq. Türk sərkərdələrindən Mübarək ət-Türki və Həmmad ət-Türkiyə deyəndə ki, "siz Məzhiç qəbiləndənsiniz", onlar "nə Məzhiç, kimdir axı bu Məzhiç? Biz İbrahim Xəlilullahdan başqa kimsəni tanımırıq" deyə kəskin cavab verirlər."
Bu sitatdan sonra tədqiqatçı türklərin soykökü ilə bağlı bu qondarma iddianı Abbasilər sarayında olan fars alimlərin ortaya atdıqlarını və Abbasi xəlifələrini də ciddi-cəhdlə bu yalana inandırmağa çalışdıqlarını bildirir.
Mənim fikrimcə, xorasanlıları Babəkin kəsilmiş başı ilə qorxutmağa çalışan xəlifə Mötəsim Babək hərəkatına ən böyük maddi-mənəvi dəstəyin məhz Xorasan əhli tərəfindən verildiyini bilirdi. Xorasanda yaşayan camaatın hürrəmilərə hərtərəfli yardım etmələri və çoxlu sayda xorsanlının bu hərəkatda birbaşa iştirak etmələri həm Xorasan türklərinin Azərbaycan türkləri ilə eyni etnik-milli kökənə malik olması, həm də Xorasan türklərinin hürrəmilər kimi İslam sevdalısı olması ilə əlaqədar idi. Hər halda, ortaya qoyduğumuz faktların işığında biz yalnız bu nəticəni hasil etmiş oluruq. Hər iki yurdun övladları "İbrahim milləti" idi, "Bəni Qantura övladları" idi, İslamın gerçəklərini, hikmətini və batini tərəflərini bilən imamlara sidq-ürəkdən inanır, onların yolunu təsdiqləyən aydınları dəstəkləyirdi.

Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |