06.07.2012 [14:24] - Özəl xəbər, Fərəc Quliyev
"Əgər həmin yazıdakı bir-iki cümləni Sahib Hüseynova imla şəklində desəm, yazsa və iki səhvdən az səhv buraxsa bütün ittihamları öz üzərimə götürürəm."
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev xaricə səfərdə olarkən bir sıra kütləvi informasiya vasitələri onunla bağlı keçmiş döyüşçülərdən birinin müsahibəsini yaydılar. İttihamların nə dərəcədə doğru olub-olmadığını araşdırmaq üçün söhbətləşdiyimiz deputatla söhbətə ilk olaraq onun rəhbərlik etdiyi siyasi təşkilatın fəaliyyətindən başladıq:
- Partiyamızda digər siyasi təşkilatlardan fərqli olaraq departamentlik institutu fəaliyyət göstərir. Qarabağ, Güney Azərbaycan, Dərbənd, Borçalı, Bakı və Ətraf Kəndlər Departamentləri təsis edilib. Bu qurumların sədrləri var və onla fəal çalışırlar. Bizim digər ofisimiz mənim millət vəkili seçildiyim ərazidədir - Qaraçuxur Bələdiyyəsində bizə otaq veriblər. Köməkçim hər gün səhər saat 10-dan axşam saat 18-dək işləyir. Hər şənbə günü orda seçiciləri qəbul edirəm. Bizim fəaliyyətimiz daha çox ideoloji əsaslarda qurulub, "Davam.az" saytımız fəaliyyətdədir. Bununla yanaşı, "Davam" qəzeti nəşr edirdik. Əsas məqsədimiz qəzet içində qəzet nəşr etmək idi. Güney Azərbaycanla bağlı çox ciddi layihələri həyata keçiririk. Hesab edirəm ki, bunun çox böyük əhəmiyyəti var. Azərbaycanın ayrı-ayrı hissələrindəki problemlərə lokal yanaşmaq, bu hissələrin üzərinə getmək yanlışdır. Borçalı türkünün problemi bizim problemimizdir. Eləcə də Güney Azərbaycanın türkçülük problemi ümumi problemimizdir. Belə olmasa düşmənlərimiz bizi böləcəklər və məhv edəcəklər. Bütün bunlar Azərbaycan türkü səviyyəsində olan məsələlərdir. Bütövlükdə türk dünyasının problemlərini birləşdirmək, ümumiləşdirmək və onların üzərinə getmək lazımdır. Mən Milli Məclisdə belə bir təşəbbüsdə bulunmuşdum ki, Türkiyə ilə Azərbaycan niyə asayişi birgə müdafiə qüvvələri yaratmırlar? Bizim Türkiyə ilə NATO çərçivəsində Əfqanıstanda və digər yerlərdə hərbi əməkdaşlıq praktikamız, təcrübəmiz var. Bu gün Türkiyədə PKK-ya, sabah Qarabağda erməni terrorçularına qarşı birgə mübarizə apara bilərik. Mahiyyət etibarilə türk dünyasının ümumilikdə mübarizə aparmasının və münasibətləri iqtisadi, mədəni səviyyədən siyasi və hərbi səviyyəyə keçirilməsinin tərəfdarıyam.
Biz millətçiliyin təbliği ilə məşğul oluruq. Millətçiliyimiz etnik yox, dövlətçilik milliyyətçiliyidir. Baxışlarımız bundan ibarətdir ki, milliyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətənpərvər, vətənçilik onun üçün ideoloji sistemdirsə, istər talış olsun, istər türk, kürd, ləzgi, tat hamı bərabərdir. Qarabağ döyüşlərində o qədər ləzgi, talış, tat şəhidləri var ki. Şəhiddən şəhidə fərq olmaz. Vətən üçün hər kəs qiymətlidir. Biz vətənçilik baxımından dövlət milliyyətçiliyini əsas götürürük və bunu təbliğ edirik.
- Partiyanızı digər siyasi təşkilatlardan fərqləndirən digər cəhətlər hansılardır?
- Bu gün bizim partiyanın digər siyasi təşkilatlardan əsas fərqi sadaladığım cəhətlərlə fərqlənir. Bəzən bizə sual verirlər - nə üçün fəaliyyətinizdə piketləri, mitinqləri əsas götürmürsünüz. Bilirsinizmi, nəticəsi olmayan hər hansı şeyin arxasınca getməyə dəyməz. Bəziləri gündəmdə qalmaq naminə səs-küy salırlar. Bir şeylər də var ki, sakitçiliklə fəaliyyətini həyata keçirirsən və hədəfə çatırsan. Düşünürük ki, kimliyindən asılı olmayaraq milli ideologiya, milli mənafelərə xidmət edən hər kəsi dəstəkləməlisən. Çünki son məqsədin millətə xidmətdir. Bəzən bizdən soruşurlar - siz əməkdaşlıq sazişlərini niyə bağlamırsınız? Kiminlə əməkdaşlıq edirsiniz? Konkret subyektlərlə əməkdaşlıqda yoxuq. Bizim üçün əsas deyil ki, fikri kim deyir. Əsas odur ki, hansı fikir söylənilir. Deyilən fikir, olunan əməl milli mənafelərə uyğundursa, biz o fikrin, əməlin yanındayıq. Hər hansı fikir, əməl millətimizin xeyrinə deyisə, hakimiyyətdə, yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq onun əleyhinəyik. Bizim üçün əsas olan odur.
Mən hesab edirəm, siyasi çərçivələrə daxil olmağa əsas yoxdur. Hər hansı təəhhüd götürüb bu və ya digər çərçivədə fəaliyyət göstər, sonra şablon qaydada onu poz, yeni qayda yarat. Azərbaycan təcrübəsində bunu görmüşük, SİDSUH, DUH və digər müxtəlif birliklər olub. Onlar sonralar bölünüb, özü də ideoloji baxımdan deyil, ambisiyalar nöqteyi nəzərdən. Ona görə də seçimimzdə departamentlər yaratmaqla, problemlərə adekvat olaraq toparlanmışıq və normal fəaliyyət göstəririk.
- Milli Məclisin yaz və növbədənkənar sessiyaları başa çatdı. Parlamentin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Mənim parlament fəaliyyətim göz önündədir. Bütün çıxışlarım da saytlara qoyuldu. Büdcəni ən kəskin şəkildə tənqid edənlərdən biriyəm, Qarabağ problemini, sosial təbəqələşmə məsələsini qaldırdım. Qarşı tərəf də anlayışla qarşılayır, bəzi məsələləri nəzərə alırlar. Amma mən xarici ölkələrin istəklərinə uyğun olaraq burada hər hansı qarşıdurmaların yaradılmasına qarşıyam. Partiyamızın xətti millətçi xətdir. Bu dövlətçi milliyyətçiliyidir. Dövlətimizin güclü, qüdrətli olması üçün çalışırıq.
- Azərbaycanda olmadığınız müddətdə bəzi kütləvi informasiya vasitələrində sizin əleyhinizə yazılar dərc olundu.
- Həmin vaxt mən Kiprdəydim, bir sıra görüşlər keçirdim. Bütün bunlar mətbuatda işıqlandırıldı. Açığı, iyirmi il əvvəl baş verən hadisələrə bir daha qayıtmaq istəmirəm. Baş verənlər cəmiyyətə tamamilə aydındır. Minlərlə döyüşçülərdən biri özünü çox "böyük" tutub və iyirmi ildən sonra Gəncə hadisələri ilə bağlı ifadələrində Surət Hüseynovu qəhrəman kimi qələmə vermək istəyir. Bizim də təşkilatdan Əbülfəz Elçibəyin bir müsahibəsindən "Elçibəylə 13 saat üz-üzə" kitabından sitat gətirmişdilər. O da Rəhim və Surət haqqında fikrini bildirib və o dövrə münasibətini açıqlayıb. Bununla yanaşı, bizim də məsələyə münasibətini bildirib. Məncə son qaynaq elə Elçibəydir. Azərbaycan cəmiyyəti kimin kim olduğunu bilir. Əbülfəz bəy fikirlərini açıq bildirib ki, o dövrdə Fərəc Quliyevin dediklərini eləsəydik, indi hakimiyyəti itirməzdik. Yaxud deyir - Fərəc Quliyev deyirdi ki, filankəslər həbs olunmalıdır. Biz bu məsələdə gecikdik, onlar çoxdan həbs olunmalıydı. Həmin məsələlərdə Surətin, Rəhimin adlarını çəkir. Başqa fikirlərində də deyir ki, Fərəc Quliyevin dediklərini etsəydik, hakimiyyəti qoruyardıq. Bunlar bəyin dedikləridir. İyirmi il sonra bu məsələlərə kimsə toxunursa, Surət Hüseynovu müdafiə edirsə, özü bilər. Hər halda həmin məsələlər o qədər aydın və açıqdır ki, buna heç münasibət bildirməyə dəyməz. Mənasız şeylərdir, o səviyyəyə düşmək istəmirəm. Keçmiş döyüşçülər, komandirlər mənə zəng vurub, söylənilənlərə etirazlarını ifadə edirlər. Onlar mətbuata da münasibətlərini ifadə ediblər. Bu yazını kimlərsə yazdırıblar. Əgər həmin yazıdakı bir-iki cümləni Sahib Hüseynova imla şəklində desəm, yazsa və iki səhvdən az səhv buraxsa bütün ittihamları öz üzərimə götürürəm. Bu adamın həmin yazıdan xəbəri yoxdur, onun belə məsələlərdə savadı yoxdur. Bu adama yazığım gəlir, ondan istifadə edirlər. Tövsiyə edirəm ki, belə şeylərlə məşğul olmasınlar, Azərbaycana xidmət etmək lazımdır.
Anar//"Gündəlik Bakı" qəzeti

Bu xəbər oxucular tərəfindən 2484 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |