06.07.2012 [14:56] - DAVAMın yazıları
Onlar Azərbaycanın İrana birləşdirilməsini, Türkiyə ilə əlaqələrin kəsilməsini önə sürürlər
Bu gün bir çox dövlətlərin ən böyük arzusu İransız bir dünyanın olmasıdır
Bu bir faktdır ki, Azərbaycan tarix boyu ölkəmizdə marağı olan dövlətlərin əsas diqqət mərkəzində olub. Və həmin ölkələr müxtəlif yollarla maraqlarını təmin etməkdən ötrü konkret addamlara belə, əl atıblar. İndinin özündə də bunun işartıları açıq şəkildə hiss olunmaqdadır. Odur ki, bu gün dünyanı idarə edən qüvvələr müstəqillik əldə etdikdən sonra Azərbaycanı nəzarətdə saxlamağa, onu Rusiyanın caynağından azad etməyə can atırlar.
Son illər aparılmış müşahidələrdən sonra belə qənaətə gəlmək olar ki, ölkəmizdə daxili sabitliyin pozulmasında maraqlı olan hansısa beynəlxalq birlik var. Diqqət yetirsəniz görərsiniz ki, ən həlledici anlarda məhz həmin birlik əlini Azərbaycana uzatmağa, buradakı proseslərə müdaxilə etməyə və uzun illərdən bəri planlaşdırdığı layihəsini həyata keçirməyə çalışır. Şükürlər olsun ki, indiyədək mövcud hakimiyyət əlində olan imkanlardan və Azərbaycana dost dövlətlərin yardımlarından istifadə etməklə ölkədə sabitliyi, əmin-amanlığı qorumağa müvəffəq olub. Bunu hakimiyyətin uğuru kimi qiymətləndirmək lazımdır. Çünki bu gün Azərbaycan ölkəmizdə marağı olan və eyni zamanda, kifayət qədər güclü dövlətlərin həmlələrinə sinə gəlməyi bacarır. Məhz ölkə rəhbərliyinin səyləri nəticəsindədir ki, həmin qüvvələr Azərbaycanda dayaqlarını möhkəmləndirə, maraqlarını reallaşdıra bilmir. Çünki bu gün Azərbaycan həminki Azərbaycan deyil. O, bir xeyli inkişaf edib, güclənib və beynəlxalq arenada özünə nüfuz qazanmaqla bərabər, Cənubi Qafqazda əsl söz sahibinə çevrilib. Bunu danmaq, inkar etmək ağılsızlıq, riyakarlıq və qərəzçilik olardı.
Son illər ərzində ölkəmizdə çox şey dəyişib. Hər şey göz önündədir. Azərbaycan hərbi, siyasi, iqtisadi cəhətdən güclənib, həmçinin mədəni əlaqələri də gündən-günə artmaqdadır. Praktika da sübut etdi ki, ölkəni daxildən parçalamaq, onu ayrı-ayrı firqələrə bölmək istəyənlərin, Azərbaycanı tutduğu düz yoldan çəkindirməyə çalışanların ağzının payı hər zaman layiqincə verilib və bu gün də verilməkdədir. Belə ki, ölkədə nə qədər anarxist, nə qədər anti-Azərbaycançı qüvvələr olsa da, onların fəaliyyətləri qısa bir müddət ərzində məhdudlaşdırılıb aid olduqları yerə göndəriliblər. Bu proses tam sürətilə davam etdiyindən cənub qonşumuz İran deyəsən, yaman narahçılıq keçirir. Çünki fars-molla rejiminin əsas məqsədi Azərbaycanın inkişafının qarşısını almaq, onu beynəlxalq aləmdə nüfuzdan salmaq və burada öz mənfur niyyətlərini həyata keçirməkdir. Məhz bu səbəbdən də İranəsasən Qum şəhərindən ixrac etdikləri mollaları ölkəmizdə separatçı meyllərin gücləndirilməsinə, yəni milli və dini zəmində ayrıseçkiliyin yaradılmasına istiqamətləndirirlər. Prosesləri diqqətlə izlədikdə görərsiniz ki, İranın molla briqadası Azərbaycanda İslamı təbliğ etməkdən daha çox təriqət ayrıseçkiliyinə maraq göstərir, müxtəlif məscidlərdə toplaşmış gəncləri məhz bu ruhda formalaşdırmağa çalışırlar. Nəticədə fars şovinist rejiminin dini təbliğat süzgəcindən keçənlər Azərbaycanın tez bir zamanda İrana birləşdirilməsini, qonşu və qardaş Türkiyə ilə əlaqələrin kəsilməsini, eyni zamanda strateji müttəfiqlərimizə və İranın düşmənlərinə qarşı bizim də düşmənçilik etməyimizi önə sürürlər. Təbii ki, bu, baş tutan məsələ deyil. Çünki İran nə qədər çalışsa da, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti onun kim olduğunu, İslamdan hansı məqsədlər üçün kimə qarşı və nə üçün istifadə etdiyini çox gözəl anlayır. Yəni, bu gün hər bir azərbaycanlı ölkəmizə qarşı əsas təhlükənin haradan və kim tərəfindən gəldiyini bilməmiş deyil. Odur ki, İranın maskası artıq çoxdan yırtılıb. Bu gün həm bizim, həm də bir çox digər dövlətlərin ən böyük arzusu İransız bir dünyanın olmasıdır...
Vazeh Mehdiyev

Bu xəbər oxucular tərəfindən 1457 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |