Şrift:
Ermənistan hərbi birləşmələri Ağdam rayonunun Çıraqlı kəndində mülki şəxsləri atəşə tutub
18.07.2018 [10:02] - Xəbərlər, Hərb
İyulun 17-də günorta saatlarında Ermənistan ordusunun hərbi birləşmələri Ağdam rayonunun Çıraqlı kəndində mülki şəxsləri atəşə tutub.

Çıraqlı kəndində artezian quyusunda təmir işləri aparan Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Atəş açılması ilə əlaqədar işçilər dərhal ərazidən uzaqlaşa biliblər və iş məcburi olaraq dayandırılıb. Atəş nəticəsində subartezian qurğusuna və borulara ziyan dəyib.

Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, hadisə ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi dərhal məlumatlandırılıb. BQXK-nin müdaxiləsindən sonra atəş dayandırılıb. Yalnız bundan sonra BQXK-nin əməkdaşlarının da iştirakı ilə təmir işləri davam etdirilib. Hazırda artezian quyusunun fəaliyyəti bərpa olunub.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed