06.07.2012 [16:07] - DAVAMın yazıları
Aydın Muğanlı: «»Casusluq ittihamı» rejimin milli hərəkatın qarşısını almaq üçün istifadə etdiyi fəndlərdən biridir»
«Xalq Cəbhəsi» qəzetinin Güney Azərbaycanla bağlı səhifəsinin budəfəki qonağı əslən Muğandan olan, hazırda Türkiyənin paytaxtı Ankara şəhərində siyasi mühacir həyatı yaşayan güneyli soydaşımız Aydın Muğanlıdır (Hasir Derazşəmşir). Bir müddət əvvəl həbsdə olan Aydın Muğanlı barəsində Quzey Azərbaycan mətbuatında dəfələrlə məlumat dərc olunub. Daha çox həbsilə bağlı xəbərlərlə tanıdığımız soydaşımız haqqında daha çox məlumat öyrənmək istədik. Odur ki, qısa müddət öncə İranı tərk edən Aydın Muğanlı ilə həmsöhbət olduq.
- Özünüzlə bağlı qısa məlumat verərdiniz.
- 1978-ci ildə Muğanın Cəfərabad şəhərində doğulmuşam. İlk və orta təhsili elə orada almışam. Orta təhsilimi bitirəndən sonra Təbriz Universitetinin kənd təsərüfatı fakültəsinə daxil oldum. Orada bir il oxuyandan sonra bir neçə dostumla birgə təhsilimi davam etdirmək üçün Bakıya getdim. Bakı Dövlət Universitetinə qəbul olub oranı bitirdim.
- Siyasi fəaliyyətə neçənci ildən qoşulmusunuz?
- 1999-cu ildən, Bəzz qalasına yürüşlər başlayandan sonra qoşulmuşam.
- Quzey Azərbaycanda təhsil aldığınız müddətdə İrana qayıdanda təzyiqlərlə üzləşirdiniz?
- İran rejimi xaricdə təhsil alan hər bir vətəndaşına ciddi nəzarət etməklə yanaşı, hər dəfə ölkəyə qayıdanda sorğu-suala tutur. Xüsusən də Güneydən olan milli düşüncəli Azərbaycan türklərini daha çox nəzarətdə saxlamağa çalışır. Azərbaycanda və Türkiyədə təhsil alan güneylilər daha çox sorğu-sual edilirlər.
- Adətən hansı sualları verirlər?
- Çox sual olur. Məsələn, soruşurlar ki, Quzey Azərbaycanda kimlərlə görüşürsən, kimlərlə əlaqən var? Mümkün qədər ciddi nəzarətdə saxlamaq istəyirlər.
- Hansı fəaliyyətinizə görə həbs edildiniz?
- Güney Azərbaycanda çap olunan tələbə dərgilərində yazılarım dərc edilirdi, milli düşüncəyə yaxın qəzetləri yayamaqda iştirak edirdim. Həm də Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) ilə əlaqəm vardı. Bu səbəblərdən də həbs olundum.
- Hansı məhkəmədə mühakimə olundunuz?
- Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində.
- Sizə qarşı hansı ittihamlar irəli sürüldü?
- Beş ittiham irəli sürülmüşdü: Azərbaycan Respublikasına gizli məlumatları ötürmək, İran rejiminə qarşı təbliğat aparmaq, GAMOH-a üzv olmaq, qanunsuz yolla pul əldə etmək. Sonuncu ittiham Qafqaz Media Mərkəzində jurnalist seminarlarında iştirak etdiyim üçün irəli sürülmüşdü.
- İttihamlarla razılaşdınız?
- Xeyr. Mənə qarşı irəli sürülən ittihamları təsdiqləyən dəlil və sənəd yox idi. Özümə və fəaliyyətimə əmin olduğum üçün bütün ittihamları rədd etdim. Hətta həbsdə işgəncə olunduğum zaman da ittihamlarla razılaşmadım. Rejimin iddiaları əsassız və böhtan xarakterli idi.
- Hansı həbsxanada qaldınız?
- Məni bir neçə həbsxanada saxladılar. Altı ay İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») Ərdəbil və Təbriz şöbələrinin təcridxanalarında, bir aya yaxın Ərdəbilin, iki ay da Təbrizin ümumi həbsxanalarında qaldım.
- Məhkəmə qərarı necə oldu?
- Hər nə qədər inkar etsəm də, əllərində heç bir əsas və dəlil olmasa da, mənə qarşı irəli sürülən ittihamları hakim qəbul edib hökm oxudu, 3 il 6 ay həbs cəzası aldım.
- Zindanda işgəncələrlə üzləşdiniz?
- «Ettelaat»ın təcridxanalarında işgəncə olunurdum. Maraqlısı odur ki, işgəncə edilməyimlə bağlı hakimə və prokurora deyəndə yalan danışdığımı iddia edirdilər. Hətta deyirdilər ki, bu yalana görə o dünyada cəhənnəm odunda yanacaqsan. Halbuki işgəncə izlərini bədənimdə aydın şəkildə görmək olurdu. İran həbsxanalarında işgəncə adi haldır.
- İstintaq zamanı hansı sualları verirdilər?
- «Ettelaat» məmurları çox ittiham irəli sürürdülər. İttihamlardan öncə 7-10 gün ərzində işgəncə edirdilər. Sonra da tələb edirdilər ki, İsrailin gizli kəşfiyyatı «Mossad»a casusluq etdiyini etiraf et. Guya ki, «Mossad» və SİA ilə əməkdaşlığım vardı. Guya gizli tapşırıqlar üçün İsrailin paytaxtı Təl-Əvivə getmişəm və s. bu kimi dəlilsiz-sübutsuz ittihamlar. Mənim elektron poçt ünvanımı və şifrəsini öyrəndilər. Sonra saxta elektron ünvandan özləri mənə məktub göndərib iddia etdilər ki, guya «yaşıl hərəkat»ın lideri Mirhüseyn Musəvi mənə göndərib və onların yeni taktikalarını öyrənib ABŞ kəşfiyyatının tapşırıqlarını çatdıram. Bu cür ittihamlar çox idi. İranda həbsdə olan siyasi fəallar ağıla gələn və gəlməyən hər cür ittihamlarla qarşılaşa bilər. Heç bir iddialarını da dəlillə və sübutla təsdiq edə bilmirlər. Yalnız işgəncə verməklə məhbusların boynuna qoymağa çalışırlar. Sonra da elan edirlər ki, filankəs guya əməllərini etiraf edib. İran qapalı ölkə olduğu qədər də çox anti-demokratik quruluşdur.
- Adətən, milli fəallara rejimə qarşı çıxmaq və başqa ölkələrə casusluq etmək ittihamları irəli sürülür. Buna münasibətiniz.
- İranda şah idarəçiliyi devrildikdən sonra yeni qurulan rejimin ilk illərində hakimiyyətə qarşı çıxan şəxslər ya asılır, ya da güllələnərək edam edilirdi. Xalqın gözünü qorxutmağa çalışırdılar. Həmin qorxu hələ də camaatın canındadır. Milli və siyasi fəallara qarşı adətən cəzası edam olan belə ağır ittihamlar irəli sürməkdə də məqsəd insanların gözünü qorxutmaqdır. Onsuz da qorxu canlarından çıxmayan ailələri daha da qorxutmağa çalışırlar ki, onlar övladlarını siyasi fəaliyyətdən çəkindirsinlər. Digər tərəfdən, milli fəallara casusluq ittihamı irəli sürməklə onlar haqqında xalq arasında satqın təsəvvürü yaratmağa çalışırlar. İctimai qınaqdan və ailə tənbehindən də faydalanmağa çalışırlar. Çünki casus olan şəxslərin ailəsi də təzyiqlərə məruz qalır. Bu, İranda milli və siyasi fəaliyyətin qarşısını almaq üçün istifadə edilən fəndlərdən biridir. Kim hakimiyyətə qarşı çıxsa, heç bir dəlil olmadan casusluqda təqsirləndirirlər. Bu iddilar milli fəallar üçün əsassızdır. Biz Güneyin iqtiqlaliyyəti, öz ideyalarımız və amallarımız uğrunda mübarizə aparırıq.
- Milli fəal olaraq İran hakimiyyətindən hansı tələbləriniz var?
- Əslində bizim tələbimiz çox adi və tam normaldır. Biz İranda öz tarixi dədə-baba torpaqlarımızda yaşayan Azərbaycan türklərinin də farslar kimi ölkənin birinci dərəcəli vətəndaşları kimi qəbul olunmasını, ana dilimizdə təhsil almaq hüququmuzu, milli ayrı-seçkiliyin aradan qaldırılmasını, Azərbaycan tarixinə, mədəniyyətinə və varlığına hörmətlə yanaşılmasını tələb edirik. Əslində bu tələblər demokratik ölkələrdə qanunla təmin olunur.
- Dinc yolla apardığınız mübarizəyə İran hakimiyyəti necə qarşılıq verir?
- Çox sərt və ədalətsiz. Səbəbsiz, sənədsiz, sübutsuz, dəlilsiz həbslər, işgəncələrlə qarşılıq verir. Məqsəd isə hakimiyyəti saxlamaq üçün xalqın gözünü qorxutmaq, siyasi fəaliyyətin qarşısını almaqdır.
- Milli fəalların həbsilə bağlı məlumatlar internet vasitəsilə xaricə ötürülür. Bu baxımdan milli hərəkatda internetin rolunu necə dəyərləndirərdiniz?
- Təbii ki, İran kimi bir qapalı ölkədə söz azadlığı və müstəqil məbuat yoxdur. Bu baxımdan milli hərəkatda interntin böyük rolu var. Çünki yalnız internet vasitəsilə belə bir qapalı ölkəylə bağlı xəbərlər xaricə ötürülür, dünya ictimaiyyətinə çatdırılır. Həbsdə olan fəalların xəbərləri xarici mətbuatda nə qədər çox yayılsa, onlar bir o qədər az işgəncə və təzyiqlərə məruz qalırlar. Odur ki, Güneydəki milli hərəkatla bağlı demək olar əsas əlaqə və ünsiyyət vasitəsidir.
- İranda internetə hansı nəzarət var?
- İranda internet yox səviyyəsindədir. Hakimiyyət bu sahədə özünün varlığına qarşı təhlükə hiss edir. Ona görə də interneti tam qadağan etməsə də, müxtəlif vasitələrlə fəaliyyətinin qarşısını almağa çalışır. Xarici media qurumlarına aid demək olar ki, bütün xəbər saytlarına süzgəc qoyulub. Sosial şəbəkələrdən istifadə məhdudlaşdırılıb. Amma bu qədər məhdudlaşdırmalara baxmayaraq, gənclər xüsusi proqramlarla süzgəc maneəsini aradan qaldırıb, istədikləri saytlara daxil ola bilirlər.
- Nə üçün İranda peyk antenalar sıxışdırılır?
- İranda internetə və peyk antenalara qarşı məhdudiyyətlərin səbəbləri var. Əsas səbəblərdən biri Xomeyninin Qərbi düşmən saymasıdır. İnsanlara ABŞ və Avropa, orada yaşayan əhali, onların siyasəti, iqtisadiyyatı, mədəniyyəti haqqında o qədər yanlış məlumatlar veriblər ki, indi yalanlarının üzə çıxmasından qorxurlar. Çünki internet və peyk antenalar vasitəsilə insanlar ABŞ və Avropa haqqında gerçək və ətraflı məlumatlar öyrənə bilərlər. Bunun qarşısını almaq üçün rejim davamlı və sistemli olaraq internetə və peyk antenalara qarşı mübarizə aparır. İranda peyk antenalardan istifadə qadağandır. Polislər xüsusi əməliyyat aparmaqla binalardakı antenaları ya müsadirəe edir, ya da yararsız hala salırlar. Amma bu kimi qadağaların faydası olmur. İnsanlar yenə də müxtəlif yollarla antenalardan istifadə edirlər. Qadağalar yasaq edilənə qarşı marağı və həvəsi daha da artırır. Digər tərəfdən, texnologiyanın inkişafı da məhdudiyyətləri aradan qaldırmağa imkan yaradır. Məsələn, rejim saytlara süzgəc qoyur. Amma filterləri qıran xüsusi proqramlar var. Onların köməyilə süzgəclərin yaratdığı maneələr zərərsizləşdirilir.
- Təbrizin «Traktor» futbol komandasının milli düşüncəmizdə yeri nədir?
- Güney Azərbaycanda «Traktor»a yalnız futbol komandası kimi baxılmır. «Tarktor» həm də milli birliyin simvoluna çevrilib. Artıq ona münasibət futbol müstəvisindən milli məsələyə keçib. «Traktor»un oyunları minlərlə güneyli izləyir. Onun oyunlarında siyasi və milli məzmunlu şüarlar səslənir. Rejim də bilir ki, «Traktor» tək futbol deyil. «Traktor»un hər qalibiyyəti az qala bayram kimi qeyd olunur. Hər milli fəalın evində bu komandanın şərflərinə rast gəlmək olar. Xüsusən də Bəzz qalasına yürüşlərdən sonra «Traktor»un milli hərəkatın kütləviləşməsində böyük rolu oldu. Bir neçə il öncə İranın güclülər dəstəsində Təbrizin 3 futbol klubu yer alırdı. Amma rejimin qərəzli siyasəti nəticəsində Təbriz klublarının yerini Şirazın və İsfahanın klublarına verdilər. Lakin 5-6 ildən sonra yenə də «Traktor» yenidən öz mövqeyini bərpa etdi. «Traktor»un oyunlarında milli fəallar qorxmadan stadionlara gedərək Azərbaycanla bağlı siyasi şüarlar səsləndirirlərr.
Turqut

Bu xəbər oxucular tərəfindən 1467 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |