Şrift:
Kanadalı alimlər — Çox işləyən qadınlar şəkərdən əziyyət çəkir
18.07.2018 [10:21] - Sağlıq
Kanadalı alimlər şəkər xəstəliyi barədə yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Həftədə 45 saatdan çox işləyən qadınların şəkər xəstəliyinə yoluxma riski 60% daha çoxdur.

Alimlər 12 il ərzində 35-74 yaş arası 7065 qadın və kişinin sağlamlığına nəzarət ediblər. Təcrübə üçün insanları iş saatlarına görə 4 qrupa bölüblər:

1-ci qrupa həftədə 15-43 saat işləyənlər, ikinci qrupa 34-40 saat işləyənlər, 3-cü qrupa 41-44 saat işləyənlər, dördüncü qrupa isə 45 saat və daha çox işləyənlər daxil edilib.

Nəticədə məlum olub ki, həftə ərzində 45 saatdan çox işləyən qadınlar digər qruplara nisbətən şəkərli diabet xəstəliyindən 63% daha çox əziyyət çəkirlər. Digər risk faktorları siqaret, fiziki aktivlik səviyyəsi və çəki kimi məsələlər o dərəcədə də əhəmiyyətli rol oynamayıb.

Alimlərin fikrinə əsasən, iş günü ev işləri ilə davam edir. Bu isə qadın orqanizmində xroniki stress reaksiyası yaradır. Bu isə hormonal problem riskini artırır, eyni zamanda insulin problemi üzə çıxır. Bundan başqa qadınlarda sağlamlıqlarına nəzarət etməyə vaxt olmur. Normal yatmaq, normal və sağlam qidalanmağa vaxt tapmaq çətin olur.

Alimlər məsləhət görüblər ki, kişilər həftədə 47, qadınlar isə 34 saatdan çox işləməməlidirlər. Çünki qadınların işdən əlavə ev qayğıları da var.
Bu xəbər oxucular tərəfindən 1327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed