Şrift:
Əhməd Şəfəq Anar Yusifoğlunun şeirinə mahnı bəstələdi
07.07.2012 [01:48] - Mədəniyyət
“İnsafına qarmı yağdı”
Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəqin “Fərqimiz olsun” adlı yeni albomu işıq üzü görüb.


Əhməd Şəfəqin yeni albomunda indiyə qədər televiziya aparıcısı və şərhçi kimi tanıdığımız məşhur jurnalist Anar Yusifoğlunun şeirinə yazılmış bəstə də var. Ə. Şəfəq A. Yusifoğlu ilə yaxın dost olduqlarını, onun şeir yazdığını öyrənəndən sonra “İnsafına qarmı yağdı” adlı şeirinə mahnı bəstələmək istədiyini bildirib: “Dostum Anar Yusufoğluya çox təşəkkür edirəm. O, öz peşəsində çox qiymətli insandır, sağ olsun ki, mənim xahişimi yerə salmayıb, şeirini mənə verdi. Gözəl bir bəstə alındı. Anar çox yaxın dostum, etibarlı insan, peşəkar jurnalistdir. Onunla bir çox məsələlərə, Azərbaycan və Türkiyə münasibətlərinin bu gününə və gələcəyinə dair baxışlarımız da üst-üstə düşür. Biz ikimiz də ölkələrimizin eyni yolda yürümələri, daha sıx bir-birinə sarılmaları yönündə fəaliyyət göstərən insanlardanıq. Bu mahnı ilə bağlı işbirliyini də bizim dostluğumuzun və ortaq fəaliyyətimizin obrazı hesab eləmək olar”.

Davam.az sözü gedən mahnını təqdim edir.

Bu xəbər oxucular tərəfindən 1569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed