20.07.2018 [10:44] - Sağlıq
Çox təhlükəli onkoloji xəstəlik olan və sürətlə yayılan melanomanın (dəri xərçəngi) ilkin mərhələdə aşkar edilməsi qan analizi əsasında mümkün olacaq.
Avstraliyanın Edit Kouen Universitetinin alimləri əvvəllər dərinin müayinəsi və biopsiya metodu ilə aşkara çıxarılan melanomanın diaqnozunu qan analizi əsasında həyata keçirəcəklər. Bu, dəri hüceyrələrinə tez bir zamanda yayılan bədxassəli şişin qarşısını almağa və minlərlə insanın həyatını xilas etməyə imkan verəcək.
Universitetdə aparılan tədqiqatda 200 nəfər iştirak edib. Bu insanların 50 faizinə dəri xərçəngi diaqnozu qoyulubmuş. Qan analizləri xəstələrin və sağlam insanların müəyyən edilməsi üzrə 81,5 faiz düzgün diaqnoz ilə nəticələnib. Növbəti ildə universitetdə bu göstəricinin 90 faizə çatdırılması istiqamətində klinik sınaqlar davam etdiriləcək.
Professor Mel Ziman yeni metodun fərqli xüsusiyyətini belə izah edib: “Ultrabənövşəyi şüaların təsiri nəticəsində yaranan bədxassəli melanoma dəri xərçənginin ən təhlükəli növüdür. Qan analizi əsasında diaqnoz qoyulması xəstəliyin ilkin mərhələdə üzə çıxarılmasına kömək edəcək. Məhz müalicə prosesinin gecikməsi səbəbindən bir çox insan melanomadan dünyasını dəyişir. Digər tərəfdən, dəqiq və operativ diaqnoz sayəsində melanomanı dəridəki böyük xallardan fərqləndirmək mümkün olacaq”.
M.Ziman əlavə edib ki, melanomanın cərrahi əməliyyat yolu ilə bir millimetrdən az qalınlıqda dəridən çıxarılması xəstənin yaşaması ehtimalını 99 faiz artırır. Bu bədxassəli şişin dərinin dərinliklərinə doğru yayılması ölümlə nəticələnir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, melanoma dəri xərçənginin ən çox ölümlə nəticələnən növüdür və gənclər arasında daha çox yayılıb.

Bu xəbər oxucular tərəfindən 1494 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |