Şrift:
AHİK işçilərin istirahət hüquqlarının təmin olunmasını daim diqqətdə saxlayır
07.07.2012 [10:51] - Gündəm, Sosial
“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq olunması barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamından sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xidmətində olan sanatoriyalar və istirahət evlərində yenidənqurma işləri daha da sürətləndirilmiş, işçilərin sağlamlığının qorunmasına, istirahətinin təşkilinə, onların ailə üzvlərinin dincəlməsinə lazımi şərait yaradılması üçün sanatoriya-kurort və istirahət evlərinin, pansionatların, turist bazaları şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir.
Bu sözləri AzərTAc-a müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev demişdir.
S.Mehbalıyev bildirmişdir ki, 2011-ci ilin yay mövsümündə AHİK sistemində olan turizm, sanatoriya-kurort və istirahət müəssisələrində 16277 ədəd güzəştli yollayışla 19743 nəfərin müalicə və istirahəti təmin olunmuşdur.
Ötən yay mövsümündə uşaq sağlamlıq düşərgələrində 2400 nəfər həmkarlar ittifaqı üzvünün uşaqları istirahət etmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tabeliyində olan turizm, sağlamlıq və istirahət ocaqlarının daim təmiz və işlək vəziyyətdə olması üçün müvafiq tədbirlər görmüşdür. Son illərdə “Bilgəh”, “Qaranquş”, “Abşeron” və digər sanatoriyalarda “Xəzər” turist bazasının əsaslı yenidənqurma və təmir işləri aparılmış, yeni müasir tipli yataq və istirahət otaqları istifadəyə verilmişdir. Ümumilikdə daxili imkanlar hesabına yenidənqurma və təmir işlərinə 2011-ci il ərzində 3660000 manat vəsait xərclənmişdir.
Bu xəbər oxucular tərəfindən 1420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed