21.07.2018 [11:34] - Xəbərlər, DAVAMın yazıları
İndi təqdim etdiyim Atatürklə bağlı olan bu kiçik tarixi bir əhvalata türkiyəli yazarlar Yusuf Koç və Ali Koçun tərtibatçılığı ilə “Tarihi gerçekler ışığında belgelerle - Mustafa Kemal Atatürk” adlı kitabda rast gəldim. Burada Mustafa Kamal Atatürklə amerikalı jurnalistin söhbətindən bəhs edilir. Atatürk ölkəsinə qonaq gələn jurnalistə amerikalıların gerçək milli kimliyi ilə bağlı elə faktlar deyir ki, sonradan vətəninə dönən jurnalist “Biz amerikalılar türkdən başqa bir şey deyilik” deyə silsilə yazılar yazmağa başlayır. Atatürklə amerikalı jurnalistin görüşündən olan həmin yazını təqdim edirəm:
Ankaranın Palas otelində tez-tez ziyafətlər təşkil edilir, Atatürk də bu ziyafətlərin bir çoxuna fəxri qonaq kimi çağırılırdı. Günlərin birində yenə belə ziyafətlərdən biri idi. Kızılayın təşkil etdiyi ziyafətdə Atatürk tans edərkən ona uzun boylu bir nəfər yaxınlaşır. Görünüşündən gəlmə olduğu bilinirdi.
Bu zaman Atatürk yanında olan Xarici İşlər naziri Tevfiq Rüştü Arasa dönərək:
- Bu bəy kimdir? – deyə soruşur.
Atatürkün sualına cavab olaraq nazir:
- Paşam, amerikalı jurnalistidir – deyir. Atatürk jurnalistlə tanış olmaq istəyir. Nazir onları tanış edir. Görüş zamanı Atatürklə xarici jurnalist arasında fransızca belə bir dialoq keçir.
- Hansı irqdənsən?
- Amerikalıyam.
- Xeyr, siz amerikalı yox, “Türksünüz” deyə cavab verir. Atatürkün cavabından amerikalı jurnalist çaş-baş qalır. Aralarında bir anlaşılmazlıq olduğunu düşünərək yenə ilk dediyi sözün üstündə durur. Bu zaman Atatürk:
- Türklər Xristofor Kolumbdan əlli il öncə Amerikanı kəşf ediblər - deyərək danışmağa başlayır. Amerikalı jurnalist Atatürkün dediklərinə diqqətlə qulaq asır.
Atatürk, misal olaraq muzeylərdə saxlanılan ceyran dərisinin üstündə xəritələrin çəkildiyini, Amerikaya gedərkən rast gəlinən Karib dənizindəki “Kayık adaları”nın türkcə olduğunu, bunlardan ən böyük adanın “Böyük Türk” adını daşıdığını, orada olan əhaliyə türk deyildiyini, Kanar adalarının adının “Kanari” olarak yazıldığını, Kanarinin türkcədə “Kanarya quşu” olduğunu deyir. Sözünə davam edən Atatürk:
- Siz amerikalılar Orta Asiyadan köçmüsünüz. Siz olsa-olsa Türk olarsınız – deyə sözlərini bitirir.
Amerikalı jurnalist Atatürkün dediklərini həyəcanla dinləyirdi. Bu qədər təcrübəsi olmasına baxmayaraq, bu günə kimi ölkəsi haqqında indi eşitdiklərini ona heç kim deməmişdi. Atatürkün söhbətlərinə məftun olan jurnalist onun danışması üçün mövzunu uzadırdı. Görüş saatlarla davam etdi. Söhbət əsnasında amerikalı jurnalist ətrafındakılara:
- Həyatımda tanıdığım möhtəşəm və ecazkar adamla qarşı-qarşıyayam.
Amerikalı jurnalist bir neçə günlüyə gəldiyi Türkiyədə Atatürklə söhbətindən sonra bir müddət qaldı. Muzeylərə gedib günlərlə araşdırmalar edib, qeydlər götürdü. Ölkəsinə döndükdən sonra da “Biz amerikalılar türkdən başqa bir şey deyilik” deyə silsilə yazılar yazdı.
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 768 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |