Şrift:
Rusiya Dövlət Dumasının spikerinin Azərbaycana səfərinin proqramı açıqlanıb
07.07.2012 [10:57] - Xəbərlər
RF Dövlət Dumasının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına iyulun 7-9-da rəsmi səfərə gələcək. Bu barədə bu gün jurnalistlərə Parlamentin Aşağı Palatasının mətbuat xidmətindən məlumat verilib.
Spiker Sergey Narışkinin səfəri çərçivəsində Rusiya nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin spikeri Oqtay Əsədovla ikitərəfli görüşləri planlaşdırılır.
"Əsas diqqət Rusiya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafına ayrılacaq", - mətbuat xidmətindən bildirilib.
Narışkin habelə Heydər Əliyev Fonduna baş çəkəcək, Bakı Slavyan Universitetinin tələbələri qarşısında çıxış edəcək, eləcə də Bakıdakı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunlarına diplomlar təqdim edəcək.
Narışkin Azərbaycana iyulun 7-9-da gələcək. Bu barədə öncə Trend-ə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
"Bu, Narışkinin MDB ölkəsinə rəsmi səfəridir. Azərbaycan onun səfər etdiyi ilk possovet ölkələrindən biridir", - səfir bildirib.
Qeyd edək ki, bu il Azərbaycan və Rusiya diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edir.
Bu xəbər oxucular tərəfindən 1129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed