24.07.2018 [16:29] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə neftə dair İrana tətbiq ediləcək sanksiyaların iştirakçısı olmayacaq.
Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir ABŞ-ın İrana qarşı sanksiyalarında Türkiyənin iştirakçı olmayacağını söyləyib: “ABŞ-dan nümayəndə heyəti gəldi. Biz bu sanksiyaların iştirakçısı olmayacağımızı onlara söylədik. Biz neft alırıq. Həm də münasib şərtlərdə alırıq. Siz uzaqdan danışırsınız amma biz bunlara əməl etməyəcəyik. Türkiyə bu sanksiyalara əməl etməyəcəyini izah edərkən, prinsipcə də ABŞ-ın İrana qarşı sanksiyalarını düzgün hesab etmədiyini bildirir. İranla bağlı hər hansı bir ölkənin sanksiyalarına riayət məcburiyyətində deyilik”.
Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.
Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdəikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.

Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |