07.07.2012 [12:31] - Güney Azərbaycan xəbərləri
Bu gün İsveçrənin İrana qarşı tətbiq etdiyi yeni sanksiya qüvvəyə minib.Iran mətbuatının məlumatına görə, qərar İrandan qiymətli metalların, almazın idxalına, eyni zamanda Tehrana telekommunikasiya və digər sahələrdə istifadə olunan texniki avadanlıqların, materialların ixracına qadağa qoyur. Ancaq bununla belə, İsveçrə iyulun 1-dən Avropa Birliyinin İrandan neft idxalının dayandırılması ilə bağlı tətbiq etdiyi sanksiyaya qoşulmayacaq. Rəsmi Bern buna səbəb kimi sanksiyanın ölkənin yürütdüyü xarici siyasətə uyğun gəlməməsini göstərib.
Bu xəbər oxucular tərəfindən 1224 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |