Şrift:
Bu il Meksikada cinayətkar qruplaşmalar tərəfindən 11 mindən çox insan öldürülüb
25.07.2018 [09:27] - Gündəm, Hüquq
Bu il Meksikada cinayətkar qruplaşmalar tərəfindən 11,2 min insan qətlə yetirilib. “Semaforo Delictivo” ictimai təşkilatının yaydığı məlumata görə, bu göstərici ötən ilin altı ayı ilə müqayisədə 28 faiz çoxdur.

TASS informasiya agentliyi xəbər verir ki, təşkilatın rəhbəri Santyaqo Roelin sözlərinə görə, narkoticarət, qəsdən adam öldürmə, qadınların qətlə yetirilməsi, maşın qaçırma, ailədə zorakılıq hallarının sayı artmaqdadır. Milli Statistika və Coğrafiya İnstitutunun keçirdiyi sorğuda rəyi soruşulanların 75 faizi, demək olar, özlərini təhlükəli mühitdə hiss etdiklərini söyləyib.

Keçən il Meksikada 29 mindən çox qətlə yetirmə hadisəsi törədilib ki, bu da son 20 il üzrə ən böyük göstəricidir. Hökumət orqanlarının cinayətkarlığa qarşı mübarizə aparmalarına baxmayaraq bu göstərici cari ildə arta bilər.
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed