26.07.2018 [09:26] - Xəbərlər, Hadisə
Ukraynanın paytaxtı Kiyev şəhərində iyulun 25-dən günorta saatlarından qasırğa ilə müşahidə olunan güclü yağış daşqınlara səbəb olub. Onlarla ağac aşıb, evin dam örtükləri uçub.
Şəhərin küçə və prospektlərində yaranan sel bir sıra dövlət müəssisələrinin binalarını su altında qoyub, yeraltı körpülərdə avtomobillərin hərəkəti dayandırılıb.
Reklam lövhələrinin və ağacların aşması nəticəsində onlarla avtomobilə ciddi ziyan dəyib. İctimai nəqliyyatın hərəkəti iflic olub.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları yeraltı körpülərdən suları nasoslarla çəkməyə çalışırlar.
Emil Hüseynli

Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |