Şrift:
Marsda su tapılıb
26.07.2018 [09:39] - Xəbərlər, Bildiriş
Xarici KİV-lər xəbər verir ki, bu kəşf Marsda maye halda ən böyük su kütləsidir. Əvvəlki araşdırmalar suyun həmin planetdə mövsümi şəkildə olduğunu göstərirdi. Lakin sonuncu kəşf onu təsdiq edir ki, Marsda daimi su mövcuddur. Su kütləsi buzun altında və təxminən 20 kilometrlik bir ərazidə yerləşir.

İtalyan araşdırmaçılara məxsus olan bu kəşf barədə Romada xüsusi mətbuat konfransı keçirilib və müəlliflərinin elmi məqaləsi ABŞ-ın məşhur “Science” jurnalında çap olunub.

Bu kəşf Marsda həyat ola biləcəyi ehtimalını artırıb.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed