Şrift:
ABŞ-ın Pekindəki səfirliyi qarşısında partlayış olub
26.07.2018 [11:42] - Gündəm, Hadisə
Amerika Birləşmiş Ştatlarının Çin Xalq Respublikasındakı səfirliyinin qarşısında partlayış olub.

Hələlik Çinin hüquq mühafizə orqanları hadisə barədə rəsmi məlumat yaymayıb. Lakin sosial şəbəkələrdə yerləşdirilən fotolarda səfirliyin binası yaxınlığında havada tüstü görünür.

ABŞ səfirliyi diplomatik nümayəndəliyin əməkdaşlarından xəsarət alan olmadığını bildirib. Hadisə yerinə polis qüvvələri cəlb olunub.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed