Şrift:
Güney Azərbaycanın Sarab şəhərində milli fəalların həbsi davam edir daha 2 nəfər həbs olunub
07.07.2012 [13:00] - Güney Azərbaycan xəbərləri
ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin Güney Azərbaycanın Sarab şəhərində milli-mədəni fəallara qarşı təzyiqi yeni vüsət alıb.Son günlərdə Sarab şəhərində 10 nəfərdən çox azərbaycanlı milli-mədəni fəal tutuqlanıb. Son məlumata görə, Camal Musəvinejad və Əli Bəşarəti də tutuqlanan fəalların sırasındadır.Seyid Camal Musəvinin evinə hücum edən ETTELAAT məmurlarının evdə axtarış apardıqları da bildirilir.Qeyd edək ki, Sarabda tutulanlardan daha ikisinin kimliyi öncədən məlum olmuşdur. Keçmiş xəbərlərimizdə çatdırdığımız kimi, Səhənd Moali və Əli Səmədpur ETTELAAT məmurları tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıblar.
Bu xəbər oxucular tərəfindən 1142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed