Şrift:
Solçu öyrənci fəal Əmin Zərgərnejaddan yeni xəbər
07.07.2012 [13:05] - Güney Azərbaycan xəbərləri
Solçu öyrənci fəal Əmin Zərgərnejad 25 gün müvəqqəti saxlanıldıqdan sonra Təbriz zindanının karantininə inqilal edilib.Zərgərnejad iyulun 4-ü Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) mərkəzi təcridxanasından zindanın karantininə köçürülüb.Soydaşımızın karantin bölümünə köçürülməsi, onun yaxın günlərdə azadlığa buraxılacağı ehtimalını aradan qaldırıb və bununlada nigaranlığa səbəb olub.Xatırladaq ki, adını çəkdiyimiz fəal iyunun 9-ü yaşadığı yerdə təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və tutuqlanıb. Məmurlar onu yaxalarkən, evdə axtarış aparıb və özləri ilə bəzi şəxsi əşya o cümlədən əlyazmalar, kompüter və ... kimi əşyaları aparıblar.
Bu xəbər oxucular tərəfindən 1358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed