Şrift:
Xudat şəhərində minik maşınlarının toqquşması nəticəsində iki nəfər ölüb
28.07.2018 [11:22] - Gündəm, Hadisə
İyulun 28-də Xudat şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"BMW" və "Lada Kalina" markalı iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib.

Qəza zamanı "Lada Kalina"nın sürücüsü, Qusar rayon sakini 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbala oğlu hadisə yerində ölüb. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün meyiti hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan sərnişin Qusarın Kuzunqışlaq kənd sakini Sərkərov Simran Rasim oğlu isə digər yaralılarla birlikdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanaya yerləşdirilən yaralılar “BMW”nin sürücüsü Sumqayıt şəhər sakini Əlirzayev Müşfiq Nizami oğlu, “Lada Kalina”da olan sərnişinlər Qusarın Kuzunqışlaq kənd sakinləri Mustafayev Qorxmaz Şövkət oğlu və Balayev Nəcəf Akif oğluna müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed