30.07.2018 [10:02] - Gündəm, Hadisə
İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
NHK telekanalı xəbər verir ki, təbii fəlakət nəticəsində 500-ə yaxın turist dağlıq ərazidə çətin vəziyyətdə qalıb. Hazırda hökumət orqanları onların xilas edilməsi üçün müvafiq tədbirlər görür.
Xatırladaq ki, iyulun 29-da Lombok adasında baş verən zəlzələ çoxsaylı dağıntılara səbəb olub. Turistlər arasında populyarlığı ilə seçilən ada məşhur Bali adasının şərqində yerləşir.
İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinin yaydığı məlumata görə, zəlzələ nəticəsində 162 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Vüqar Ağayev

Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |