30.07.2018 [15:52] - Gündəm, Bildiriş, Fərəc Quliyev
1990-1995-ci illərdə Azərbaycan parlamentinin üzvü olmuş, 43 “İstiqlalçı deputat”-dan biri Məryəm Həsənova iyulun 29-da vəfat edib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, “istiqlalçı deputat” Fərəc Quliyev həmkarının vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Məryəm xanım Həsənova ilə biz həmkar, əqidədaş, ideyadaş və mübarizə yoldaşı olmuşuq. Onu yaxından tanıyan yoldaşları adından deyə bilərəm ki, Məryəm xanım ilk əvvəl öz xanımlığı, əxlaqı, mental dəyərlərə bağlığı, daha sonra isə savadı, bacarığı, mübarizliyi, mərdliyi, əzmi və şücaəti ilə tipik və nümunəvi Türk-Azərbaycan xanımı idi. Onun həm ictimai-siyasi xadim kimi, həm də Milli Məclisin üzvü olduğu illərdə deputat kimi cəmiyyətmiz və dövlətimiz qarşısında böyük xidmətləri olmuşdur. Təkcə elə adının “İstiqlalçı deputatlar” siyahısında çəkilməsi onun Azərbaycanın müstəqilliyi naminə Vətənə və xalqa ən böyük töhvəsidir. Bir xanım kimi Sovet imperiyasına qarşı bu mövqedə durmaq onun vətənpərvərlik və şücaətinin göstəricisidir.
Məhz buna görə də Məryəm Həsənovanın dünyasını dəyişməsi bütövlükdə Azərbaycan xalqının itkisidir. Bu itki bizi dərindən sarsıtdı. Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından Məryəm xanıma Allahdan rəhmət, bütün onu sevən və dəyər verənlərə səbr diləyirik.
Yeri Cənnət, ruhu şad olsun!”
Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |