Şrift:
Mütəxəssislər Malayziyanın MH370 reysi ilə uçan təyyarəsinin itməsi səbəblərini aydınlaşdıra bilməyiblər
31.07.2018 [09:48] - Gündəm, Hadisə
Mütəxəssislər “Malaysia Airlines” şirkətinə məxsus, 2014-cü ilin martında MH370 reysi ilə uçan sərnişin təyyarəsinin itməsi səbəblərini aydınlaşdıra bilməyiblər.

Malayziya hökuməti iyulun 30-da itən təyyarə ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib.

Xatırladaq ki, göyərtəsində 239 nəfərin olduğu təyyarə Cənub-Çin dənizi üzərində olarkən radarlardan itib. Təyyarə Kuala Lumpur-Pekin reysini həyata keçirirmiş. Təyyarənin Hind okeanına düşdüyü güman edilir.

Hesabatda təyyarənin uçuş istiqamətini dəyişərkən əl ilə idarəetmə rejimində olduğu qeyd edilir.

Eyni zamanda, komissiya üzvlərinin qənaətinə görə, təyyarənin idarə olunmasında üçüncü tərəfin qeyri-qanuni iştirakını da rədd etmək mümkün deyil.

Dörd il bundan əvvəl baş verən və artıq axtarış əməliyyatlarının dayandırıldığı tapmacanın cavabını tapmaq zaman keçdikcə daha da çətinləşir.



Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed