02.08.2018 [09:36] - Gündəm, Hadisə
Smartfonlarda məhsuldarlığın yüksəlməsi onlar tərəfindən sərf edilən enerjinin miqdarının artmasına səbəb olur ki, bu da cihazın avtonom işləmə müddətinə mənfi təsir edir. Əksər insanlar bir həftə müddətində avtonom işləyən düyməli telefonları nostalji hissi ilə xatırlayırlar.
“4pda.ru” saytı xəbər verir ki, bu yaxınlarda 10 min milliamper/saat tutumlu akkumulyatora malik “Oukitel WP2” cihazı təqdim edilib. Bu aparat “IP68” standartına uyğun olaraq toz və suya qarşı dayanıqlıdır.
“Oukitel WP2” qurğusu uzun müddət avtonom işləyən əvvəlki smartfonun ("P10000 Max") təkmilləşdirilmiş versiyası olacaq.
Smartfon haqda informasiya hələ ki, azdır. Əsas özəlliyi 10 min milliamper/saat tutumlu akkumulyatora malik olmasıdır. İstehsalçı smartfondan orta istifadə aktivliyi zamanı onun bir həftə müddətində avtonom işləməsinə dair zəmanət verir.
Aparatın daha bir özəlliyi yüksək dərəcədə dayanıqlılığıdır. Polistirol ebonitdən hazırlanmış korpus yalnız suya qarşı dayanıqlı deyil, həmçinin konstruksiyanın möhkəmliyini təmin edir, hündürlükdən yerə düşmə zamanı və ya zərbə aldıqda zədələnməsinin qarşısını alır. Bundan başqa, displey cızıqlara qarşı dayanıqlı möhkəm “Corning Gorilla Glass” şüşəsi ilə qorunacaq.

Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |