02.08.2018 [09:46] - Gündəm, Hüquq
Yaponiya hökuməti beynəlxalq terrorizm üzrə kəşfiyyat məlumatlarının mübadiləsi mərkəzi yaradıb.
NHK telekanalı xəbər verir ki, yeni mərkəz müvafiq nazirliklərə və idarələrə müvafiq istiqamətdə məlumat mübadiləsinin təşkilinə kömək edəcək.
Yeni mərkəzin avqustun 1-də Nazirlər Kabinetinin katibliyində yaradıldığı qeyd edilir.
Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məsələni şərh edərək bildirib ki, 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları kimi böyük tədbirləri qəbul etməyə hazırlaşan Yaponiya beynəlxalq ictimaiyyətlə birlikdə terror təhdidlərinə qarşı da hazırlaşmalıdır.
Y.Suqa qeyd edib ki, hökumətin bütün üzvləri nazirliklər və idarələr arasında mövcud maneələri kənara qoyaraq, əldə etdikləri kəşfiyyat məlumatlarını və analitik informasiyaları operativ şəkildə bu mərkəzə ötürməlidirlər.
Vüqar Ağayev

Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |