03.08.2018 [09:37] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi təqibə məruz qoyması Moskva ilə Yerevan arasında münasibətlərə xələl gətirməkdə davam edir.
“Kommersant” qəzetinə istinadla xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəmə istintaqına cəlb olunması Rusiya Federasiyasının dövlət strukturlarında narazılığa səbəb olub. Kreml Ermənistan rəhbərliyinin addımını bu hərbi blokun nüfuzuna vurulan ciddi zərbə kimi qiymətləndirir və indi KTMT-nin rəhbəri başqa ölkənin nümayəndəsi təyin oluna bilər.
Qəzetin yazdığına görə, Ermənistana 100 milyon dollarlıq silah verilməsi barədə razılaşma da sual altındadır.
Məqalədə deyilir: “Rusiyanın müdafiə sənayesinin iki müəssisənin yüksək vəzifəli şəxsləri bu kontraktın sual altında olduğunu bildiriblər. Bu kontraktın şərtlərinə görə, Ermənistana atıcı silahlar, mühəndis rabitəsi avadanlığı və şəxsi heyətin daşınması üçün nəqliyyat vasitələri verilməli idi. İndi bütün bu planlar havadan asılı vəziyyətdə qalıb”.

Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |