Şrift:
On iki yaşlı oğlan Meksika Milli Avtonom Universitetinin tələbəsi oldu
03.08.2018 [09:47] - Gündəm, Bildiriş
Fitri istedada malik, 12 yaşı yenicə tamam olmuş oğlan Meksika Milli Avtonom Universitetinin (UNAM) tələbəsi oldu.

RİA Novosti agentliyi xəbər verir ki, UNAM-ın yaydığı məlumata görə, Karlos Antonio Santamariyanı 9 yaşından universitetdə tanıyırlar. O, universitetdə kursları uğurla dinləyib, analitik kimya, biokimya və molekulyar biologiya üzrə dərəcə alıb. Karlos Antonio Santamariya valideynin əlindən tutaraq gətirdiyi yeganə tələbə olacaq.

Ali məktəbə qəbul edilmək məqsədilə Santamariya orta məktəbdə kamal attestatı almaq üçün ekstern imtahan verib. “Mən, sadəcə, oxumaq istəyirəm. Onlar məni qapıdan qoymasalar, pəncərədən girəcəyəm”, - deyə azyaşlı tələbə bildirib.

Təbriklərə ABŞ-ın Meksikadakı səfiri də qoşulub, oğlanı “Meksikanın istedadı və dahisi” kim dəyərləndirib.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed