03.08.2018 [09:51] - Gündəm, Hüquq
Məlum olduğu kimi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 25.07.2018-ci il tarixli iclasında qəbul olunmuş qərarlardan biri də 30 iyul – “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” Bakıda və respublikanın digər rayon və şəhərlərində yerləşən vəkil qurumları tərəfindən qeyd olunan gün əhaliyə ödənişsiz hüquq yardımın göstərilməsi idi. Qərarın icrası ilə bağlı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ölkə üzrə bütün vəkil qurumlarını məlumatlandırıb və tapşırığın icrasının nəticəsi barədə Rəyasət Heyətinə məlumat verilməsi bildirilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən bildiriblər ki, vəkillərin peşə bayramı günü, yəni iyulun 30-da Bakı şəhəri üzrə əhaliyə ödənişsiz hüquqi yardımın göstərilməsi çərçivəsində məhkəmələrə müraciət edilməsi ilə bağlı 26 iddia ərizəsi hazırlanıb, 8 nəfərin adına sorğu və 213 nəfərə isə şifahi məsləhət verilib. Respublikanın digər rayon və şəhərləri üzrə isə 32 nəfərə iddia ərizəsi hazırlanıb, 3 nəfərin adına sorğu və 167 nəfərə şifahi məsləhət verilib.
Respublika üzrə cəmi 58 nəfərə iddia ərizəsi hazırlanıb, 11 nəfərin adına sorğu və 380 nəfərə şifahi məsləhət verilib.
Qeyd olunmalıdır ki, Bakı şəhərinin vəkil qurumları arasında ən çox hüquqi xidmət “Yusifbəyli və partnyorları” Vəkil Bürosu tərəfindən göstərilib. Belə ki, həmin qurum tərəfindən məhkəmələrə müraciət edilməsi ilə bağlı 6 nəfərə iddia ərizəsi hazırlanıb, 5 nəfərin adına sorğu verilib və 32 nəfərə şifahi məsləhət verilib.
Respublikanın digər rayon və şəhərləri üzrə isə vəkil qurumları arasında ən çox hüquqi xidmət Sumqayıt Şəhər Vəkil Bürosu tərəfindən göstərilib. Belə ki, həmin qurum tərəfindən məhkəmələrə müraciət edilməsi ilə bağlı 8 nəfərə iddia ərizəsi hazırlanıb, 22 nəfərə şifahi məsləhət verilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, gələcəkdə vəkillərin peşə bayramı günü bu kimi sosial kampaniyaların davamlı keçirilməsi təmin ediləcəkdir.

Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |