Şrift:
İran səfirliyi önündə aksiya
09.07.2012 [11:22] - Xəbərlər
Həbsdə olan gənc şairlərin azadlığa buraxılması tələb edildi


Aksiyanı bir qrup gənc təşkil edib.

Aksiya Sabir bağından başlayaraq, İran səfirliyinin binası önünədək davam edib. Aksiyada 50 nəfərə yaxın gənc iştirak edib, onlar İranda həbsdə saxlanılan Şəhriyar Hacızadə və Fərid Hüseynin azadlığa buraxılmasını tələb ediblər.

Səfirliyin qarşısına polis qüvvələri gəlib. Aksiya iştirakçıları gənc şairlərin azadlığa buraxılması ilə bağlı tələblərini səsləndiriblər, plakatlar qaldırıblar.

Polis aksiya iştirakçılarını səfirliyin qarşısından uzaqlaşdırıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları olan şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn bu ilin mayında Tehranda casusluq fəaliyyətində şübhəli bilinərək saxlanılıblar.
Bu xəbər oxucular tərəfindən 1350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed