Şrift:
İran prezidenti Urmiya gölünün qurumasının qarşısının alınması barədə göstəriş verib
09.07.2012 [11:26] - Güney Azərbaycan xəbərləri
İran prezidenti Mahmud Əhmədinejad ölkənin ən böyük və dünyanın iri duzlu göllərindən olan Urmiya gölünün qurumasının qarşısının alınması üçün Araz çayının suyundan istifadə edilməsi haqqında göstəriş verib.

İran mətbuatınının verdiyi məlumata görə, İran prezidenti bunun üçün Araz çayının suları hesabına yaradılmış Araz anbarındakı suyun Urmiya gölünə axıdılmasını məqsədəuyğun sayıb.

Belə ki, Araz anbarındakı suyun Səlmas və Xoy şəhərlərindən keçməklə, Urmiya gölünə çatdırılması planlaşdırılır.

Layihənin həyata keçirilməsi ilə 80%-i qurumuş olan gölün yenidən həyat tapacağı ehtimal olunur.
Bu xəbər oxucular tərəfindən 1223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed