09.07.2012 [11:32] - Hərb
İranın şimal-qərbində 50 min kvadrat kilometrlik sahədə hava hücumundan müdafiə üçün taktiki manevr keçiriləcək.
İran mətbuatının verdiyi məlumata görə, bunu İranın “Xatəmül Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahı komandanının müavini, general-pilot Əlirza Sabahifərd bildirib. Onun sözlərinə görə, üç gün davam edəcək təlimlər İranın milli təhlükəsizliyinin müdafiəsi məqsədi daşıyır: “Manevrdə əsasən əməliyyat və kəşfiyyat işləri icra ediləcək. Təlimlərin digər məqsədi hava hücumundan müdafiə vasitələrini mümkün təhdidlərə qarşı hazır vəziyyətə gətirməkdir”.
Bundan əlavə, İran Quru Qoşunları da ölkənin qərb bölgəsində hərbi manevr keçirəcək. İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan bildirib ki, “Həzrəti İmam Mehdi” adı ilə iyulun 9-da başlayacaq təlim bir həftə davam edəcək. Onun sözlərinə görə, bu il İranda 8 hərbi manevrin keçirilməsi qərara alınıb: “Artıq bu təlimlərdən üçü keçirilib”.

Bu xəbər oxucular tərəfindən 1513 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |