06.08.2018 [09:48] - Xəbərlər, Hərb
Ukrayna Hava Qüvvələri 2018-ci ildə təxminən 30 modernləşdirilmiş təyyarə alacaq. Bu fikri yerli mətbuata müsahibəsində Ukrayna Silahlı Qüvvələrin Hava Qüvvələri komandanı, general-polkovnik Sergey Drozdov söyləyib.
“Ukroboronprom" konserninin təmir və modernləşdirilməsi işləri başa çatdıqdan sonra bu il 30 ədəd MiQ-29 və Su-27 döyüş təyyarələri, Su-25 hücum təyyarələri almağa hazırlaşırıq. Yeri gəlmişkən Odessa zavodu indi Su-24 MP təyyarələrinin modernləşdirilməsi üzərində işləyir", deyə Drozdov əlavə edib.
Onun sözlərinə görə, Ukraynanın müdafiə sənayesi müəssisələrində görülən işlər sayəsində yaxın gələcəkdə güclü radioelektronika və yanğın təsiri şəraitində yüksəkliklərin və sürətlərin bütün səviyyələrində hava hücumuna qarşı effektiv mübarizə aparmağa qadir olan silahlar alınacaq.
Emil Hüseynli

Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |