Şrift:
İndoneziyada güclü zəlzələ nəticəsində həlak olanların və zərər çəkənlərin axtarışı davam edir
07.08.2018 [11:31] - Gündəm, Hadisə
İndoneziyanın hakimiyyət orqanları Lombok adasında baş verən güclü zəlzələdən sonra həlak olanların və zərər çəkənlərin axtarışını davam etdirir.

Təbii fəlakət nəticəsində azı 98 nəfər həlak olub, daha 230 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu, son həftə ərzində adada baş verən və çoxsaylı itkilərə səbəb olan ikinci güclü zəlzələdir.

Bazar günü axşam baş verən 6,9 bal gücündə yeraltı təkanlar əraziyə elektrik enerjisinin verilişinin dayanmasına səbəb olub ki, bu da axtarışları çətinləşdirib.

Fəlakət nəticəsində Lombok adasının şimalında daha çox insanın həlak olduğu bildirilir. Xilasedicilər daha çox zərər çəkmiş əraziyə tam yaxınlaşa bilmədiklərinə görə, həlak olanların sayının artacağı gözlənilir.

Eyni zamanda, Lombok adasının beynəlxalq aeroportunda da yüzlərlə turist toplanıb. Ərazidə körpülərin və yolların dağılması, elektrik enerjisinin kəsilməsi xilasetmə işlərinə ciddi maneə yaradır. Minlərlə tikilinin və yaşayış binasının dağıldığı da qeyd olunur. Müvəqqəti yaşayış yerlərinə təqribən 20 min insan köçürülüb.



Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed