Şrift:
ETTELAATda saxlanılan Daryuş Pərvanədən xəbər tutmaq olmur
09.07.2012 [12:48] - Güney Azərbaycan xəbərləri
Ərdəbil ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılan azərbaycanlı fəal Hacı Daryuş Pərvanədən heç bir xəbər tutmaq olmur.



Məlumata görə, o, vəkil və yaxınları ilə görüşmək hüququndan istifadə edə bilmir.



Qeyd edək ki, Güney Azərbaycanın Ərdəbil şəhərində yerləşən “Düz-çörək” restoranının müdiri azərbaycanlı fəal Hacı Daryuş Pərvanə ETTELAAT məmurları tərəfindən tutuqlanıb.

2012-ci il iyulun 2-də ETTELAAT məmurları saat 12 radələrində restoranı mühasirəyə alıb və Hacı Daryuşu yaxalayıblar.

Azərbaycanlı fəal tutuqlandıqdan sonra, məmurlar məhkəmə hökmü olmadan onun evində axtarış aparıb və bir sıra şəxsi əşya o cümlədən bir neçə kitab və kompüteri özləri ilə aparıblar.
Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed