Şrift:
Ukraynada daha bir kütləvi zəhərlənmə: 26 uşaq xəstəxanaya yerləşdirilib
07.08.2018 [16:43] - Gündəm, Hadisə
Ukraynanın Lvov vilayətində qida zəhərlənməsindən 26 uşaq xəstəxanaya yerləşdirilib.

Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. Onlar Lvov vilayətindəki “Cem Rakovets” hotelində qidadan zəhərləniblər. Zəhərlənən uşaqların hamısı 10-16 yaş qrupuna aiddir.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, analoji hadisə bir həftə öncə Kiyev şəhərində qeydə alınmışdı. Şaurmadan zəhərlənmə nəticəsində 93 nəfər xəstəxanaya yerləşdirilib.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed