Şrift:
Yaponiyanın şimal-şərq sahillərində zəlzələ baş verib
08.08.2018 [09:36] - Xəbərlər, Hadisə
Yaponiyanın şimal-şərq sahillərində 5,3 bal gücündə zəlzələ olub.

Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, yeraltı təkanların episentri Miyaqi prefekturasının sahillərində, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed